BolgeXeber.Com » Siyasət » Azərbaycan XİN İrana yardım təklif etdi

Azərbaycan XİN İrana yardım təklif etdi

20-05-2024, 08:22
Oxunub: 952
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib.

Bolgə.TV xəbər verir ki, bu barədə XİN-in X-dəki səhifəsində paylaşım edilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost İran İslam Respublikasının müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, - XİN-in paylaşımında qeyd olunur.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti Rəisinin olduğu helikopter Şərqi Azərbaycan vilayətinin dağlıq ərazisində qəzaya uğrayıb. Xilasedicilər hələ də hadisə yerinə çatmayıb.
Azərbaycan XİN bundan öncə də yardıma hazır olduğunu açıqlamışdı.