Leyla Əliyeva kampaniyaya başladı
13-07-2011, 19:25
Oxunub: 7 314
Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılıb.
Bolgexeber.com-un məlumatına görə, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib. Sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və iş adamlarının çəkdiyi 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilir.
Tədbiri açan BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin təşkilinə dəstək verdiyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. O, 20 il əvvəl öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın beynəlxalq ictimaiyyətin dəyərli üzvü kimi BMT-yə qoşulduğunu xatırladaraq vurğuladı ki, müstəqilliyin ilk illərindəki ağır çətinlikləri uğurla dəf edən ölkəmiz bu gün dünyada güclü iqtisadiyyata malik və inkişaf edən dövlət kimi tanınır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib: “Bu sərgi ölkəmizə səfər edən tanınmış diplomatların Azərbaycanı necə gördüyünü və anladığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan nəinki Qafqazın gözəl və böyük ölkəsidir, o, həmçinin gözəl təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin dəyərləri qovuşur. Hesab edirəm ki, bu sərgi ölkəmizin gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz. Ola bilsin ki, sizin məlumatınız var, dünyadakı 11 iqlim qurşağından 9-nun ölkəmizdə olmasından Azərbaycan fərəhlənə bilər. Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur. Fürsətdən istifadə edərək gənclərin qlobal ətraf mühit kampaniyasının başlandığını elan etmək istəyirəm. Bu, İDEA, yəni "Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq" adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrindən minlərlə gənci səfərbər edəcəkdir. Eyni zamanda, 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə dair müxtəlif layihələr üzərində sıx işləyəcəkdir. Ölkə miqyaslı həmin layihələrdən biri "Ətrafıma yeni baxış" adlanan fotosərgidir", Əliyeva deyib.
Polşanın ölkəmizdəki səfiri Mixal Labenda sərginin keçirilməsi ilə bağlı uğurlu təşəbbüslə çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə və BMT-nin İnkişaf Proqramına minnətdarlığını bildirdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin açılışını bildirən lenti kəsdikdən sonra ekspozisiya ilə tanış oldular.
Sərgi iyulun 22-dək davam edəcək.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes