BolgeXeber.Com » Siyasət » Prezident bu şəxsi rütbəsindən azad etdi

Prezident bu şəxsi rütbəsindən azad etdi

2-10-2024, 15:37
Oxunub: 2 112 Prezident İlham Əliyev Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.
Bolgə.TV sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:
1. Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir