Əminəm ki, bu səfər əlaqələrimizə müsbət təkan verəcək
2-04-2025, 12:27
Oxunub: 1 000
Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək.
Bolgə.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı qeyd edib:
“İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral ayların da bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.