XİN rəsmi məlumat yaydı
2-04-2025, 16:26
Oxunub: 1 328
Ermənistan tərəfindən basdırılmış minalar Azərbaycan mülki əhalisinin təhlükəsizliyini və rifahını təhdid etməyə davam edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina qurbanı olub:
"İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub. İnsanların mina səbəbilə həlak olması və yaralanması gizli təhlükənin davam etdiyini və dağıdıcı olduğunu göstərir".
Məlumatda vurğulanıb ki, davamlı mina çirklənməsi regionda sülh, barışıq və sabitlik üçün əsas maneə təşkil edir:
"Beynəlxalq ictimaiyyəti bu kritik məsələnin həllində əhəmiyyətli siyasi və praktiki dəstək verməyə çağırırıq".
Qeyd edək ki, bu gün Ağdamda 1968-ci il təvəllüdlü Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər