BolgeXeber.Com » Siyasət » Azərbaycan Suriyaya başsağlığı verdi

Azərbaycan Suriyaya başsağlığı verdi

23-06-2025, 14:57
Oxunub: 1 080
Azərbaycan Suriyaya başsağlığı verib.
Bolgə.tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında paylaşım edib.
"Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var