BolgeXeber.Com » Siyasət » Mütəllibov bu gecə Bakıya gəlir

Mütəllibov bu gecə Bakıya gəlir

8-08-2011, 19:35
Oxunub: 2 899
Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkirmiş, sabiq prezidentin Bakıya gəlişi gözlənilir

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov vəfat edib. Bu varədə Mütəllibov ailəsinə yaxın mənbədən xəbər daxil olub. Məlumatl ASDP həmsədri Araz Əlizadə təsdiqləyib.

O deyib ki, Azad Mütəllibov bu gün dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkib. 49 yaşlı mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Bəzi məlumatlara əsasən sabiq prezidentin oğlunun yas mərasimində iştirakının təmin olunması ilə bağlı hökumətlə danışıqlar aparılır. Ölkə rəhbərliyinin məsələyə müsbət reaksiya vercəyi və A.Mütəllibovun ölkəyə gəlməsinə şərait yaradılacağı gözlənilir. Amma o da istisna edilmir ki, hakimiyyət Ayaz Mütəllibova icazə verməsin Bakıya gəlməyə. Çünki bir neçə il əvvəl atası Niyazi Mütəllibovun dəfnində bəlli səbəblərdən iştirak edə bilməyən eks-prezident Ayaz Mütəllibovun Bakıya dönməsi üçün siyasi qərar olmalı və ona dövlət rəhbərliyi səviyyəsində təhıükəsizlik təminatı verilməlidir.

**
Eks-prezident Ayaz Mütəllibov oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırır. A.Mütəllibovun köməkçisi bildirib ki, artıq eks-prezidentə oğlunun vəfatı haqqında məlumat verilib: “Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya getməyi nəzərdə tutur. Bununla bağlı hazırlıq işləri görülür”.

O bildirib ki, A. Mütəllibov Moskva-Bakı təyyarə reysi ilə Azərbaycana gedəcək: “Ayaz Mütəllibovun Bakıya yola düşəcəyi vaxt barədə nə isə deyə bilmərəm. Yəqin ki, bu, gecə saatlarında baş tutacaq”.

**
Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül bildirib ki, hazırda sabiq prezidentin Bakıya gəlməsini gözləyirlər: «Mənə dedilər ki, 18.30 Moskva-Bakı resyi ilə gəlir və biz də indi aeroporta onu qarşılamağa gedirik».

**
ASDP həmsədri Araz Əlizadə isə eks-prezidentin qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Ayaz Mütəllibovun heç bir köməkçisi yoxdur: "Bu mifik köməkçiyə istinadən yayılan məlumat barədə nə deyim? Ayaz müəllimin beş il əvvəl Nizami adında köməkçisi olub. Belə bir köməkçi yoxdur. Bunu hardan uydurublar? Ayaz müəllimin qayıdışı ilə bağlı məlumatlar yalnız mən açıqlayacağam”.

A.Əlizadə bildirib ki, bununla bağlı yayılan məlumatlar ajiotaj yaradıb. O deyib ki, bu axşam saat 21-22.00-da eks-prezidentin son qərarı ilə bağlı açıqlama veriləcək. “Mən bu barədə saat 21.00-da məlumat verəcəyəm”.

Eks-prezidentin hüquqlarnın müdafiə komitəsinin keçmiş rəhbəri şeyx Əbdül Mahmudbəyovun hava limanına Mütəllibovu qarşılamağa getməyə hazırlaşdığı barədə açıqlaması ASDP sədrini hədsiz qəzəbləndirib: “Şeyx Əbdül axı kimdir ki, Mütəllibovu qarşılamağa gedir? O beş il əvvəl üzü üstə düşüb səhv edərək Mütəllibovu dəstəklədiyini demişdi. İndi o, hava limanına hansı üzlə gedir?”.

**
Bolgexeber.com-un kollektivi Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibova baş vermiş ağır itki ilə əlaqədar başsağlığı verir, Allahdan ona səbir diləyir. Allah rəhmət eləsin!