Beyləqan sakinləri ƏƏSMM-in qarşısında niyə toplaşıb?-Foto
29-01-2014, 18:20
Oxunub: 5 058
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yerli şöbəsinin qarşısında sosial yardımdan əli üzülən 20i0-dək insan haqqlı olaraq etiraz aksiyası keçiriblər.
Dünən Beyləqan rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında narazı vətəndaşlar aksiya keçiriblər. Aksiya iştirakçılarından verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yerli şöbəsinin qarşısında sosial yardımdan əli üzülən 200-dək artıq insan yığışıb. Aksiyanın qarşısının alınması üçün hüquq mühafizə orqanı əməkdaşları səfərbər olsalar da camaat dağılışmayıb və polislə vətəndaşlara arasında inistentə gətirib çıxarıb. Ünvanlı sosial yardım almaq isytəyən və ala bilməyən insanlar icra hakimiyətinin qarşısına doğru hərəkət ediblər. Aksiya iştirakçılarını icra hakimiyyəti başçısının birinci müavin Telman Məstanov sakitləşdirməyə çalışıb.
Bundan sonra aksiya iştirakçıları problemlərin həll olunması üçün icra hakimiyyətinə 2 gün vaxt veriblər. Əks təqdirdə isə aksiyaya bütün ətraf kəndlərin əhalisinin qoşulacagı da istisna deyildir. Məlum aksiya iştirakçılarının verdikləri digər məlumata görə, narazılıq təkcə sosial yardımların verilməsi ilə bağlı deyil. İcra başçısı məzuniyyətdə olduğundan onu əvəzləyən Telman Məstanovun özündən də şikayət çoxdur. Qarabağ əlillərinə dövlət tərəfindən ayrılan mənzillərin verilməsi üçün rüşvət tələb edilməsi, ayrı-seçkilik salınması cidi narazılıq yaradıb. Bundan başqa rayonun bəzi kəndlərində yerli işıq idarəsinin əməkdaşlarının vətəndaşlara kütləvi cərimə tətbiq etməsi də əsəbləri tarıma çəkib. Məsələn Kəbirli kəndində elektrik sayğazlarına nə ediblərsə cihazlar öz-özünə dayanır. Sayğaclara heç bir müdaxilə olmadığı halda işıq idarəsi vətəndaşları 120-160 manat civarında cərimələnirlər. Halbuki sərfiyyat ən maksimum halda 100 manat olub. Kəbirli kənd sakinləri Şərqiyyə Məmmədova, Etibar Kərimov, Mürsəl Əliyev,Zöhrab Abışov və başqaları haqsız yerə cərimə olunduqlarını deyirlər. Bolgexeber.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün icra hakimiyyəti başçısının birinci müavin Telman Məstanovla əlaqə saxlayıb. Məsələyə münasibət bildirən Telman Məstanov hadisəni təsdiqləsə də binanın qarşısına bir-iki nəfərin yığışmasını və sosial yardım almaq üçün ƏƏSMM-ə müraciət edən həmin vətəndaşlara bunun üçün hansı sənədlərin lazım olmasını izah etdiyini bildirib. Amma sakinlərin bildirdiyinə görə binanın qabağına ən azı 200 nəfər yığılıb və bununla onlar sosial yardımın verilmısində mövcud olan çoxsaylı neqativ hallara etirazlarını bildiriblər. Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik və məsələni aydınlaşdırmağa çalışacağıq.
Olay

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər