BolgeXeber.Com » Bölgə » Qazaxda keçmiş icra başçısı Rauf Hüseynovun şərikinin oğlu «at oynadır»

Qazaxda keçmiş icra başçısı Rauf Hüseynovun şərikinin oğlu «at oynadır»

3-02-2014, 05:50
Oxunub: 8 278 Elçin Carçıyevin oğlu Murtuz Carçıyev 200 minlik «Maseratti»si ilə «avtoş»luq edir

Qazaxlı iş adamı Elçin Carçıyevin oğlu Murtuz Carçıyevlə bağlı şikayət var. Tia.az-a daxil olan məlumata görə, keçmiş icra başçısı Rauf Hüseynovun şərikinin oğlu olan sözügedən şəxsin bahalı maşın kolleksiyası əsasən onun «avtoş»luq etməsi və vətəndaşları hədələməsi üçün lazımdır.

Məlumatlarda deyilir ki, M.Carçıyevin 20-yə yaxın maşını var. Onların sırasında ikisi isə olduqca bahalıdır. Hər iki maşının «Maseratti» markalı olduğunu bildirən şəxslər qeyd edirlər ki, onların qiyməti 200 min manatdır. 90-NX-009 və 10-ED-009 dövlət nömrə nişanlı bu avtomobillərin şəhərin küçələrində şütüyərək, heç kimə məhəl qoymaması isə adi hala çevrilib. Qazax sakinləri deyirlər ki, M.Carçıyev atasının puluna güvənərək, darısqal yollarda belə sürətlə maşın sürməkdən çəkinmir. Məhz bu səbəbdəndir ki, bir çoxları uşaqlarını küçəyə çıxarmaqdan qorxur. Çünki Carçıyev adam vurarsa, onun qanının batırılması üçün hər şey ediləcək.

Məlumatlarda o da deyilir ki, iş adamının oğluna qarşı DYP işçiləri tədbir görməyə çox cəhd ediblər. Lakin hər dəfəsində istəkləri boşa çıxıb. Çünki polis işçiləri sahibkarın oğlu tərəfindən təhqir olunmaqla yanaşı, həm də əmirlərinə tabe olmaqdan həmişə boyun qaçırıb. DYP işçilərinin onunla bağlı etdikləri şikayətlərə isə məhəl qoyan olmayıb. Bu əsnada o da deyilir ki, Carçıyevin idarə etdiyi «Maseratti»nin dövlət nömrə nişanlarından biri vaxtıyla sürdüyü BMV-nin olub.

Carçıyevlər öz sərvətlərini sosial şəbəkələrdə yaymaqdan da çəkinmirlər. Bahalı villalar, bir o qədər də bahalı avtomobilləri nümayiş etdirən Murtuz Carçıyev atasının pulları hesabına xaricdə etdiyi keyf məclislərinin də fotolarını da yayımlayıb.

Hərçənd Elçin Carçıyevin bu qədər sərvətə malki olması qeyri-adi bir şey deyil. Hətta ona bunun üçün söz demək də mümkünsüzdür. Çünki adam deyir ki, o, məmur deyil və pulu da zəhməti hesabına qazanıb. Əlbəttə ki, bu belədir. Amma bu ona heç bir haqq vermir ki, oğlu sürdüyü maşınlarla insanların həyatını təhlükə altında qoysun. Üstəlik, şirkətlərində çalışdırdığı insanların haqqını tapdasın və ya onların hüquqlarını ayaqlasın. Hələ onların maaşlarını kəsərək, cəzalandırmasına da kimsə haqq verməyib.
Bolgexeber.com