BolgeXeber.Com » Bölgə » Neftçalanın maliyyə şöbəsinin müdiri icra başçısının adı ilə avtovağzala sahiblənmək istəyir
Neftçalanın maliyyə şöbəsinin müdiri icra başçısının adı ilə avtovağzala sahiblənmək istəyir
4-02-2014, 11:00
Oxunub: 5 084
Neftçala avtovağzalı uğurunda böyük savaş gedir
Bu barədə Gunxeber.com-a rayon sakinləri məlumat verib. Onların bildirdiyinə görə, savaşın əsas mərkəzində köhnə avtovağzalın ərazisinin ələ keçirilməsi durur. Neftçala rayon Maliyyə Şöbəsinin müdiri Rəşid Manafov köhnə avtovağzalın ərazisində mebel fabriki açmağı planlaşdırır. Sakinlər bildirilər ki, R.Manafov hər yerdə deyir ki, bunu ona icra başçısı İsmayıl Vəliyev tapşırıb: “Rəşid Manafov hamıya deyir ki, kimin etiraz etməsinin, yuxarılara şikayət yazmasının heç bir xeyri olmayacaq. Çünki köhnə avtovağzalın ərazisində icra başçısı ilə birlikdə biznes obyektləri tikdirəcəklər”.
Sakinlər onu da bildirirlər ki, köhnə avtovağzalın ərazisi isə avtovağzalın sabiq müdiri tərəfindən özəlləşdirilib. Sabiq müdir isə ərazinin ondan alınmasına dirəniş göstərir və buna görə də hazırda Neftçalada icra başçısının da adının qarışdığı böyük savaş gedir.
Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər