BolgeXeber.Com » Bölgə » Bərdə rayonunda qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılmışdır
Bərdə rayonunda qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılmışdır
4-02-2014, 13:00
Oxunub: 4 315
Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə fevralın 1-də saat 13 radələrində naməlum şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə rayonunda ”Avtomobil” bazarının yaxınlığında yerləşən avtomobil yuma məntəqəsinə gələrək həmin məntəqənin sahibi, 1948-ci il təvəllüdlü Vaqif Əzizovu qəsdən öldürmək məqsədi ilə onun baş nahiyyəsinə odlu silahdan 3 dəfə atəş açaraq hadisə yerindən qaçmış, nəticədə boyun nahiyyəsindən güllə yarası alan V.Əzizov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Həkimlər tərəfindən V.Əzizovun vəziyyəti kafi qiymətləndirilir.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “Makarov” tipli tapançaya aid 2 ədəd güllə və 1 ədəd giliz aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə zəruri ekspertizalar təyin edilmişdir.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1986-cı il təvəllüdlü, Bərdə şəhər sakini Xosrov Muradzadə tərəfindən qisas məqsədi ilə törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.
X.Muradzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, X.Muradzadənin cinayətdə istifadə etdiyi odlu silahın tapılması istiqamətində tədbirlər görülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər