Şamaxıda Şəhidlər Xiyabanının yerində otel tikmək istəyirlər
5-02-2014, 06:35
Oxunub: 4 375
Şəhid məzarlarının başqa yerə köçürülməsinə etiraz edən sakinlər «Gilan Holdinq» və İcra Hakimiyyətinə son xəbərdarlıqlarını ediblər
Bir neçə gün bundan əvvəl Şamaxıda Şəhidlər Xiyabanının bərbad vəziyyətdə olması və onun sökülərək başqa yerə köçürüləcəyi ilə bağlı məlumat vermişdik. Belə bir addımın atılmasına səbəb kimi isə həmin ərazidə «Gilan Holdinq»in yeni otel kompleksi tikmək istəyi göstərilib.Sözügedən Holdinq Şəhidlər Xiyabanının başqa əraziyə köçürülməsi və onun yerində otel tikilməsi ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin rəsmi icazəsini də alıb. Hərçənd İcra Hakimiyyəti bu sənədi vermədiyini iddia etsə də, dünənlərdə məsələnin üstü açılıb və etiraf olunub ki, Xiyabanın yerləşdiyi ərazi rəsmi olaraq «Gilan»a verilib.
Elə bu məsələnin ortaya çıxmasından sonra Şamaxıda əhali etirazlara başlayıb. Şəhidlər Xiyabanının bərbad halda olmasını bir kənara qoyan camaat, onun başqa yerə köçürülməsinə qəti imkan vermək niyyətində deyil. Elə buna görə də, onlar «Gilan Holdinq» və Şamaxı rayon İcra Hakimiyyəti başçısına sonuncu dəfə xəbərdarlıqlarını ediblər. Əks təqdirdə, rayonda baş verənlərə etiraz olaraq davamlı aksiyalara başlayacaqlarını bəyan ediblər.
Verilən məlumatlarda o da qeyd olunur ki, Şamaxının icra başçısı böyük bir səhvə yol verdiyinin fərqinə varıb. Jam.az-a çatan məlumata görə, Asif Ağayev proseslərin yaxşı məcraya yönəlmədiyini görərək, «Gilan»ın rəhbərliyi ilə danışıqlar aparmaq istəyir. Bu danışıqlardan sonra veriləcək qərarın nə olacağı isə məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər