Ceyranbatan bələdiyyəsində iki qat qanunsuzluq
6-02-2014, 08:00
Oxunub: 4 400
Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalovla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində yoxlamalar başlayıb
Bələdiyyə sədri Ceyrənbatan ərazisində torpaqları icarə adı ilə bir neçə şəxsə verib
Məlumatlara əsasən adıçəkilən bələdiyyənin sədri torpaq satışı və ya uzunmüddətli icarəsinə dair qanunları kobud şəkildə pozaraq özbaşnalıq hallarına yol verib.
Bələdiyyə sədri Ceyrənbatan ərazisində torpaqları icarə adı ilə bir neçə şəxsə verib. Bağlanmış icarə müqaviləsinə əsasən otlaq sahələri kimi təyinat alan torpaqlar sonradan sotlara bölünərək satışa çıxarılıb. İcarəyə verilmiş hektarlarla torpaq sahələri sonradan vətəndaşlara kiçik hissələrə bölünərək satışa çıxarılıb.
Bundan sonra isə həmin ərazilərdən torpaq alan vətəndaşlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron şöbəsinə müraciət ediblər. Vətəndaşlar aldıqları torpaqlar üzərində mülkiyyətçi hüquqlarını bərpa etmək üçün cəhd göstəriblər. Lakin Abşeronda adıçəkilən idarədən bildiriblər ki, bu torpaqları satışa çıxarmaq olmaz. Çünki bələdiyyə həmin torpaqları otlaq sahələri olaraq icarəyə verə bilər. Bundan sonra isə Ceyranbatan bələdiyyəsində baş verən bu kobud pozuntu faktlı ilə bağlı araşdırmalar başlayıb.
Məlumatlara əsasən hətta vəziyyət o qədər ciddi olub ki, DTXK-nın sədri Qərib Məmmədov belə, işə qarışaraq Abşeron rayon icra başçısı Zakir Fərəcovla müzakirə açıb. Hələlik adısəkilən bələdiyyədə vəziyyətin necə olacağı, bələdiyyə sədrinin yüzlərlə insana dəyən ziyanı necə ödəyəcəyi bəlli deyil. (gundeminfo.az)
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər