Daha üç xanım cənub rayonlarında başçı müavini oldu
11-02-2014, 12:05
Oxunub: 5 577
Üç Cənub rayonunun İcra Hakimiyyəti başçısına yeni xanım müavinlər təyin edilib.
“Axar.az” bildirir ki, həmin rayonlar Masallı, Biləsuvar və Cəlilabaddır. Masallı rayonunda başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Gülşən Seyfulla qızı Xəlilova təyin edilib. Bu haqda xanımın özü məlumat verib.
1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.
Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib.
Son məlumata görə, dünən Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Xəyalə Nazim qızı Qəmbərova təyin edilib.
Buna qədər o, Bakıda yaşayıb, müəllim işləyib və seçki komissiyasında çalışıb.
Cəlilabadda isə Dürdanə Rafiq qızı Əliyeva həmin şöbəyə rəhbər gətirilib.
Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər