Regional "Aygün" TV-nin sahibi: "Dedilər sat, satmadım-bağladılar..."
15-02-2014, 09:35
Oxunub: 5 585
Fevralın 14-də Milli Teleradio Şurası “Aygün” regional televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar çıxarıb.
“Aygün” TV Zaqatala rayonundan yayımlanır.
“Media forum” saytının məlumatına görə, Milli Teleradio Şurasının qərarında deyilir ki, “Aygün” TV-yə verilmiş lisenziyanın müddəti ötən il dekabrın 11-də bitib. Televiziya lisenziyasının uzadılması üçün Milli Teleradio Şurasına vaxtında müraciət etməyib, şura iclasına 1 gün qalmış lisenziya müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim edib.
2013-cü il dekabrın 11-də şura “Aygün” TV-nin lisenziya müddətinin uzadılması məsələsinə baxıb. Lisenziya müddətinin uzadılması üçün müraciət edilmədiyinə və zəruri sənədlər vaxtında və tam təqdim olunmadığına görə şura televiziyanın fəaliyyətini araşdırmaq qərarına gəlib, lisenziyanın uzadılması barədə müraciətə baxılmasını təxirə salıb.
Araşdırmalar zamanı televiziyanın fəaliyyətində çatışmazlıqlar və qanun pozuntuları aşkarlanıb. Televiziyanın yayım avadanlıqlarının texniki istismar qaydalarına, yerli və beynəlxalq standartlara uyğun gəlmədiyi də müəyyənləşib.
Bütün bunlara görə, Milli Teleradio Şurası “Aygün” TV-yə lisenziya verməkdən imtina edib. Televiziyanın yayımı fevralın 14-ü saat 18-dən dayandırılıb.
“Aygün” TV-nin rəhbəri Nəzirxan Nuriyev “Azadlıq” radiosuna bildirib ki, o, lisenziyanın uzadılmasından imtina ediləcəyini çoxdan gözləyirdi: “Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəm”. -
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər