Gəncədə park qalmaqalı yenidən baş qaldırdı-FOTOLAR
17-02-2014, 05:30
Oxunub: 5 000
İcra Hakimiyyətinin «satılmayıb» dediyi ərazilərdə aparılan hasarlamaların fotogörüntüləri ortaya çıxdı, işin içində memarlıq idarəsinin müdiri Əli Rüstəmlinin adı hallanır
Bir neçə gün bundan əvvəl Gəncə çayı sahilində yerləşən parkın ərazisinin satışa çıxarıldığı barədə məlumat vermişdik. Gəncə şəhərinin Məmməd Burcəliyev küçəsində yaşayan sakinlərin Jam.az-a verdikləri məlumatda deyilirdi ki, 10-15 gün əvvəldən 700-800 metr uzunluqdakı parkın təqribən 100-120 metrlik hissəsi 3 metr hündürlüyündə hasara alınıb. Hasara alınmış ərazidə isə yaşı 50-60 il olan 20-dən artıq ağac var idi. Onların aqibətini bilən isə hələlik yoxdur.
Sakinlər bildirmişdilər ki, bu ağacların aqibətindən narahatdırlar. Çünki iki il əvvəl də belə bir iş görmüşdülər və 11-ə yaxın ağacı kəsmişdilər. Kəsilən ağacların yerini isə kafelərdən birinə vermişdilər.
Məsələ ilə bağlı Portalımıza açıqlama verən Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov isə bildirmişdi ki, sakinlərin verdiyi məlumat həqiqəti əks etdirmir. O qeyd etmişdi ki, Gəncə çayının sahilində heç bir ərazi satışa çıxarılmayıb və ağaclar kəsilməyib. «Həmçinin həmin ərazidə yaşayan vətəndalşardan heç bir şikayət məktubu və ərizə Gəncə şəhər İcra Hakimiyyətinə daxil olmayıb".
Lakin dünən Məmməd Burcəliyev küçəsinin sakinləri Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi açıqlamanın yalan olduğunu bildiriblər. Onlar JAM.AZ-ın elektron ünvanına sözügedən parkda hasara alınmanı və torpaq sahələrinin satılmasını əks etdirən fotoları yollayıblar.
Gəncədən olan oxucularımızdan biri isə bildirib ki, ölkənin ikinci paytaxtında torpaq sahələrinin satışını ancaq və ancaq Gəncə Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq idarəsinin müdiri Əli Rüstəmli edə bilir. Hətta o da iddia olunub ki, Rüstəmli Gəncənin bəzi yerlərində şəxsi mülkləri sökdürərək, onların ərazilərini öz şəxsi maraqları üçün satmaqla məşğuldur.



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər