BolgeXeber.Com » Bölgə » Şirvan DSMF-nin müdiri ilə bağlı yazımız öz təsdiqini tapdı-Yenilənib

Şirvan DSMF-nin müdiri ilə bağlı yazımız öz təsdiqini tapdı-Yenilənib

18-02-2014, 10:00
Oxunub: 5 634 Vasif Əliyev kimin sifarişi ilə işdən kənarlaşdırıldı?

Bolgexeber.com bildirir ki, son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Füzuli Ələkbərovdan qalma kadrları işdən qovmaqla məşğuldur. Müəyyən bəhanələrlə ƏSMM-nin rayon şöbələrinin rəhbərləri işdən kənarlaşdırılaraq, istintaqa cəlb olunurlar. Əfsuslar olsun ki, Səlim Müslümov öz kadrları barədə ölçü götürə bilmir. Nazir təyin olur-olmaz özü ilə DSMF-da işləmiş adamlarını müxtəlif vəzifələrə gətirməklə ölkə mətbuatının gündəmini zəbt edən Səlim Müslümov, Füzuli Ələkbərovun adamlarını sıradan çıxartmaqda davam edir. Belə ki, ƏSMM-nin Şirvan şəhər şöbəsinin müdiri Vasif Əliyev bir müddət öncə Səlim Müslümov tərəfindən işdən kənarlaşdırılıb. Araşdırmalarımız zamanı məlum olub ki, Vasif Əliyevin vurulmasına səbəb heç də onun əmək fəaliyyəti olmayıb. Mənbənin sözlərinə görə, Vasif Əliyevin vurulmasında DSMF-nin Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədovun əli olub. Məlumatda qeyd olunur ki, Çingiz Əhmədovun son dövrlər ölkə mətbuatında tənqid atəşinə tutulmasında onun işində verdiyi ciddi nöqsanlar olub. Mətbuatın onu vurmasından qıcıqlanan Çingiz Əhmədov, ƏSMM-nin Şirvan şəhər şöbəsinin müdirini hədəfə alaraq onun tərəfindən bu kampaniyanın təşkil olunduğunu fikirləşib. Səlim Müslümovun adamı kimi tanınan Çingiz Əhmədov nazirə Vasif Əliyevlə bağlı informasiya ötürməklə məşğul olub. Vasif Əliyevin işdən kənarlaşdırılmasında həm Çingiz Əhmədovun əli olub, həm də Füzuli Ələkbərovun kadrı olması əsəs gətirilib. Hətta məlumatda qeyd olunur ki, DSMF-nin Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov icra başçısı Mərdan Camalovun yerinə iddialıdır. Belə ki, deyilənlərə görə, Çingiz Əhmədov nazir Səlim Müslümovun köməkliyi və xeyir-duası ilə Mərdan Camalovu əvəzləyəcək. Son vaxtlar Şirvan şəhər icra hakimiyyəti başçısı ilə bağlı ölkə mətbuatındə tənqidlərə yer verilməsi əbəs yerə deyil. İcra başçısının tənqid atəşinə tutulmasında Çingiz Əhmədovun böyük rolu var. Mərdan Camalovun mətbuat tərəfindən vurulmasına idarə rəhbərinin küllü miqdarda pul vəsaitini xərclədiyi deyilir. Bu yaxınlarda icra başçısı ilə bağlı ölkə mətbuatına tutarlı məlumatlar ötürüləcəyi deyilir. Araşdırmalarımız davam edir. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.S.Bolgexeber.com bildirir ki, son məlumata görə mövzu ilə bağlı yazdıqlarımız artıq öz təsdiqini tapıb.Belə ki,yazıda qeyd etdiyimiz kimi DSMF-nin Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov ƏSMM-nin Şirvan şəhər şöbəsinin müdiri vəzifəsinə DSMF-da işləmiş öz adamının təyin olunmasına nail olub. Bundan başqa Çingiz Əhmədovun, yazıda qeyd etdiyimiz kimi Səlim Müslümovun köməkliyi ilə yaxın zamanlarda Şirvana icra başçısı vəzifəsinə keçməyi gözlənilir. Xatırladaq ki, indiki icra başçısı-Mərdan Camalovun mətbuat tərəfindən vurulmasına idarə rəhbərinin küllü miqdarda pul vəsaitini xərclədiyi deyilir.
Bolgexeber.com