Mübariz Ağayevlə “Nurgün Motors” MMC-ni i hansı əlaqələr birləşdirir?
18-02-2014, 11:30
Oxunub: 4 788
İcra hakimiyyəti üçün alınan təzə maşın hara qeyb oldu?
Tender yolu ilə əldə edilən vəsaitin mənimsənilməsi icra başçılarının əsas gəlir mənbəyi sayılır. İcra başçıları özlərinə yaxın şəxslərə məxsus MMC-lər vasitəsi ilə tenderlərə qatılır və müxtəlif adlar altında külli miqdarda vəsait əldə edərək mənimsəyirlər. Bu barədə ğlkə mətbuatında dəfələrlə yazılıb.
Bizimxeber.az-a isə daha bir maraqlı məlumat daxil olub.
Redaksiyaya səzan məlumata görə, 2013-cü ildə Quba rayon İcra Hakimiyyəti nəqliyyat vasitələrinin satınalınması adı altında tenderə qatılaraq “Nurgün Motors” MMC adından 18000 manatlıq avtomobil alıb. Amma bu avtomobilin markası və hazırda kimin istifadəsində olması barədə müəmmalar var. Daha doğrusu, bu avtomobil icra hakimiyyətinin avtoparkında görünmür.
Hər halda 18000-lik avtomobilin hara qeyb olması barədə icra başçısı Mübariz Ağayev və qurumun diğər rəsmi şəxsləri məlumatlı olmalıdırlar. Amma çox təəssüf ki, onlar da bilmirlər.
Avtomobilin harada və kimin istifadəsində olduğunu öyrənmək üçün rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı sektorundan bildidilər ki, bu barədə onlarda heç bir məlumat yoxdur.
Elə isə, qəribədir? 18000 manatlıq avtomobil hara qeyb olub? Yaxud, “Nurgün Motors” MMC ilə Mübariz Ağayevi hansı əlaqələr birləşdirir?
Mövzunu araşdıracağıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər