BolgeXeber.Com » Bölgə » Ucarın orta məktəbində 23 ilin direktorundan şikayət

Ucarın orta məktəbində 23 ilin direktorundan şikayət

24-02-2014, 07:05
Oxunub: 4 340 Direktorun əməllərindən şikayətlər artır

Ucar rayonunda yerləşən Tofiq İsmayılov adına 1 saylı orta ümumtəhsil məktəbində baş verən xoşagəlməz hallar 23 ildən artıqdır direktor işləyən Seyran Seyfəddinovun fəaliyyəti ilə bağlıdır. Bununla bağlı əldə etdiyimiz məlumatlara görə, Tofiq İsmayılov adına 1 saylı orta ümumtəhsil məktəbində narazılıqlar səngimir. Belə ki, məktəbədə baş verən bəzi xoşagəlməz hallarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda məktəbin direktoru Seyran Seyfəddinovun məktəbi istədiyi kimi idarə etdiyi deyilir. Otaqlardan bəziləri repititor müəllimlər tərəfindən zəbt olunub.
Müəllimlər bunun müqabilində hər ay direktoru «görüm-baxım» etməlidirlər. Nəticədə isə 20 nəfərlik sinif şagirdləri dəfələrlər balaca otaqlara yerləşməli olur. Məktəb direktorunun narazılıq yaradan əməlləri bununla da bitmir. Bildirilir ki, direktor bir müddət əvvəl Təhsil Nazirliyinin müəllim olmaq istəyənlər üçün təşkil etdiyi imtahanlardan keçə bilməyənləri laborant adı ilə işə qəbul edib, sonradan isə nəyinsə müqabilində onları müəllim kimi rəsmiləşdirib. Məktəbdə eyni zamanda hər ay şagirdlərdən 20 manat, fond pulu toplanılır. Ancaq bu yığılan pulların bir qəpiyi belə məktəbin inkişafına yönəlmir. Müəllimlərdən biri hər kəsə bu pulların "gələn qonaqları yola salmaq" məqsədilə yığıldığını deyir. Müəllimlərin bəziləri bunun əvəzində məktəbdə görülməli olan işləri ayrı-ayrı valideynlərin üzrərinə qoyur. Bildirilir ki, 1 saylı orta məktəbdə hazırlıqlara gedib ilboyu dərsə gəlmək istəməyən şagirdlərin valideynləri bunu direktorla «görüşüb» yoluna qoya bilərlər. Məktəb bəzi müəllimlərin etdiyi bu özbaşınalıqların rayonun yüksək vəzifəli şəxslərinin adından yararlandığı, spikerin onun himayə etdiyi haqqında rəy formalaşdırdığı deyilir. Direktor Seyran Seyfəddinov itsə müəllimlərin işə qəbulunda qanunsuzluğa yol verir. Beləcə Ucar rayonu 1 saylı orta məktəbdə 1996-cı ildən bəri özbaşınalıqlara son qoyulmur. 1996-cı ildən bəri təhsil müəssisəsində qanunsuzluq daha da baş alıb gedir. Məktəbin 20 ildən artıq direktoru olmuş Seyran Seyfəddinovun fəaliyyəti dövründə burada hər şey pisliyə doğru dəyişib. Neçə-neçə nüfuzlu müəllim müxtəlif məsələlərdə ittiham olunaraq vəzifələrindən uzaqlaşdırılıb.
Əslində isə, Seyran Seyfəddinov bəzi şikayətlərə görə qəzəbə tuş gəlib. Bu şikayətlərdən qəzəblənən Ucar Rayon Təhsil Şöbəsi hətta bir müddət əvvəl ona müxtəlif təzyiqlər etməyə başlayıb və sonda Seyfəddinov özünü işdən çıxarılmaqdan sığortalaya bilib. Direktor Təhsil Nazirliyinin 2008-ci ildəki əmrinə zidd hərəkət edir. Hazırda sözügedən məktəbdə şişirdilmiş şəkildə ehtiyac olmadığı halda müəllim işə qəbul olunub. Bundan sonra məktəbdə müəllim sıxlığı yaranıb və onlar çıxılmaz vəziyyətə düşüblər. Hətta yaranmış problemlə bağlı məktəbdə xeyli sayda müəllim işləməkdən imtina edib. Məktəbdə müəllim sıxlığı yarandığı halda şagird qıtlığı mövcuddur. Mənbənin sözlərinə görə, uşaq bağçasında olanların adı eyni zamanda sinif jurnalında qeyd olunur. Seyran Seyfəddinov bununla ehtiyac olmadığı halda işə qəbul etdiyi müəllimlərin sayını gizlətmək məqsədi güdür.
Məktəbdə baş verən neqativ hallar artıq rayonda da geniş müzakirə olunur. Qeyri-qanuni yığılan pullar, şagirdlərin təhsildən yayınması, məktəblərdəki repititor hazırlığı prosesləri artıq rayonun təhsil şöbəsinin özündə belə müzakirə olunur. Bunun Seyran Seyfəddinov üçün necə başa gələcəyi yaxın günlərdə məlum olacaq.
«Gündəlik Bakı»