Sumqayıtda etiraz aksiyası keçirilir
26-02-2014, 10:50
Oxunub: 5 124
Eldar Əzizovun 13-cü mikrorayonun ərazisini satması sakinlərin hiddətinə səbəb olub
Sumqayıtda yerləşən 13-cü mikrorayonun sakinləri etiraz aksiyası keçirirlər. Jam.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Elçin Həsənov Facebook səhifəsində yayıb.
O bildirib ki, aksiyanın keçirilməsinə səbəb 13-cü mikrorayonla 10-cu mikrorayon arasında məhəllə yollarının şəhərin icra başçısı Eldar Əzizovun hansısa məmura satmasıdır.
Qeyd olunur ki, sakinlərin istifadə etdiyi və uşaqların oynadığı ərazinin qanunsuz olaraq işbazlar tərəfindən hasara alınması hiddətə səbəb olub. Həmçinin həmin ərazidə böyük obyekt tikintisinin həyata keçiriləcəyi gözlənilir.
Məlumatda deyilir ki, əraziyə polis qüvvəsi cəlb edilib. Lakin sakinlər etirazlarına davam ediblər. Bu zaman isə tərəflər arasında toqquşma yaşanıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər