Şamaxıya ayrılan büdcə pulları hara xərclənib?
28-02-2014, 07:45
Oxunub: 4 476
Rayonda təkcə su yox, yol və infrastruktur problemi də dəhşətli həddə çatıb
Ötən günlərdə xəbər vermişdik ki, Şamaxıda içməli su problemi insanları çıxılmaz vəziyyətə salıb. «Azərsu», yerli İcra Hakimiyyəti və daha bir şirkətin bir neçə ildir düzəltmək istədikləri problem isə o həddə çatıb ki, insanlar içməli suyu maşınla almaq məcburiyyətində qalıblar.
JAM.AZ xəbər verir ki, Şamaxının içməli su ilə təmin etmək üçün layihənin maliyyələşməsinə milyonlarla manat ayrılsa da, onların təyinatı üzrə xərclənmədiyi məlum olub. Amma Şamaxının problemi təkcə, bununla yekunlaşmır. Bu xəbərimizdən sonra redaksiyamıza müraciət edən rayon sakinləri bildiriblər ki, üzləşdikləri bir başqa problem isə şəhərin daxili yollarının bərbad halda olmasıdır.
Onlar deyiblər ki, bir neçə ildir yalnız mərkəzi yolları asafltlaşdıran yerli İcra Hakimiyyəti, şəhərin iç yollarını ümumiyyətlə, nəzarətsiz buraxıb. Elə bu səbəbdəndir ki, rayon sakinləri yayda toz, qışda isə palçıq əlindən hərəkət etməyə çətinlik çəkirlər.
Qeyd edək ki, Şamaxı rayonunun daxili yollarının asfaltlaşdırılması məqsədi ilə büdcədən heç də kiçik olmayan məbləğdə pullar ayrılıb. Bununla bağlı apardığımız araşdırmalar zamanı o da məlum olub ki, ayrılmış pulların böyük qismi «buxarlanıb». Daha doğrusu, həmin vəsaitlər aidiyyatı qurumlar tərəfindən təyinatı üzrə xərclənməyib və böyük ehtimalla mənimsənilib.
Şamaxı rayonuna ümumilikdə ayrılmış vəsaitlərin ötən il necə xərcləndiyinə dair apardığı araşdırmanı yaxın günlərdə oxucularına təqdim edəcəyik.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər