Bərdənin icra başçısı da nurçularla əlaqəli çıxdı?
5-03-2014, 06:35
Oxunub: 4 771
Vidadi İsayev «Çağ Ögretim»lə birlikdə «Çağdaş» kursları yaradıb, direktorlara ora uşaq göndərmələri üçün təzyiq edir
Son günlər nurçular məsələsi ölkə gündəmini zəbt edib. Mütəmadi olaraq mətbuat orqanlarının elektron ünvanına göndərilən sensasiyalı məlumatların yayımlanmasının ardından artıq bir sıra məmurların bu dini cərəyanla əlaqəli olduqlarına dair iddialar irəli sürülür. Proses davam etdikcə daha yeni adların da ortaya çıxdığı müşahidə olunur.
JAM.AZ-a daxil olan məlumatlara görə, Bərdənin icra başçısı Vidadi İsayevin də nurçularla sıx əlaqəsi var. Hətta icra başçısı ilə bu dini kontingent arasında ciddi əməkdaşlıqların olduğu da vurğulanır. Redaksiyamıza müraciət edən oxucularımızdan biri qeyd edib ki, Vidadi İsayev qısa müddətdə Bərdə və Tərtərdə «Çağdaş» adlı kurslar təsis edib.
«Çağ Ögrətim» kurslarının filialı kimi yaradılmış bu təhsil mərkəzinin əsas hədəfi heç də Fətullah Gülən və ya nurçulara hizmət etməkdən ibarət deyil. Burada başlıca məqsədin pul qazanmaq olduğu vurğulanır. JAM.AZ-a yazan mənbə deyir ki, Bərdədə yaradılmış həmin kursların təsisçilərindən biri Vidadi İsayev və ya onun ən yaxın adamıdır.
Qeyd olunur ki, icra başçısı həmin məktəblərə şagirdləri direktorlara təzyiq etməklə yığır. Bütün məktəb direktorlarından tələb olunub ki, hər biri bir neçə şagirdi əlavə hazırlıq görmək üçün həmin kurslara göndərsin. Əks təqdirdə, direktor işdən çıxarıla bilər.
Məlumatda vurğulanır ki, rayondakı «Çağdaş» hazırlıq kurslarında sınaq imtahanlarının kuponları da digərlərindən bahadır. Bunun üçün orada hazırlıq keçən uşaqlardan 5 manat alınır. Bu isə minlərlə manat əlavə qazanc deməkdir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər