BolgeXeber.Com » Bölgə » Beyləqanın icra nümayəndələri icra başçısından narazıdırlar

Beyləqanın icra nümayəndələri icra başçısından narazıdırlar

5-03-2014, 08:25
Oxunub: 4 140 Beyləqan rayonundan redaksiyamıza daxil olan məlumata görə rayon icra başçısı Vaqif Abdullayev müavini aqrar məsələlər üzrə şöbə müdiri Xaliq Məmmədovun əli ilə yüz min manatlarla vəsait mənimsəyib.

Məlumatlı mənbə bildirir ki, Beyləqan rayonunun 35 kəndindən 25 Bələdiyyənin balansında 200 hektardan çox torpaq sahəsi var. İcra başçısı Vaqif Abdullayev keçmiş sələfi kimi icra nümayəndələrininə göstəriş verib ki, bələdiyyə torpaqlarında taxıl əkilməsi ilə bağlı aqrar şöbəyə arayışlar versinlər. Kənd icra nümayəndələrinin aqrar şöbəyə verdikləri arayışı Vaqif Abdullayevin göstərişi ilə şöbə müdiri Xaliq Məmmədov təsdiq edərək Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Bildirilir ki, Aqrar şöbənin təsdiq etdiyi arayışlar yerli icra nümayəndələrinə yaxın olan şəxslərin adlarına verilir. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar şöbənin göndərdiyi arayışları təsdiq edərək ildə bir neçə dəfə bələdiyyənin saxta torpaqlarına yüz min manatlarla vəsait ayırır.



Mənbə qeyd edir ki, «nöyüt və taxıl pulunu» almaq üçün verilən bankomat kartları Vaqif Abdullayevin aqrar məsələslər üzrə müaviniXaliq Məmmədovda olur və müavin vəsait köçürüləndən sonra gecələr Beyləqanda və qonşu rayonlarda Kapitalbankdan minlərlə kartdan pul çıxarır.



Xaliq Məmmədovdan öncə bu maxinasiyanı Beyləqan rayon icra başçısının birinci müavini Telman Məstanovun həyata keçirdiyi bildirilir. Ancaq Vaqif Abdullayev Beyləqana icra başçısı təyinatı aldıqdan sonra Telman Məstanovu birinci müavin təyin edərək Xaliq Məmmədovdan isə 40 min manat alaraq aqrar şöbəyə müdir qoyduğu bildirilir və hazırda bankomatlardan pul çıxarmaq vəzifəsi aqrar məsələslər üzrə müavinin üzərinə qoyulub.

Məlumatlı mənbə qeyd edir ki, Beyləqan icra başçısı Vaqif Abdullayev keçən il subsidiya maxinasiyasından 700 min manatdan çox qazanc əldə dib. Belə ki, Dövlət başçısının büdcədən Kənd Təsərrüfatının inkşafı üçün ayırdığı vəsaitdən Vaqif Abdullayev ilk mərhələdə 400 min manat , ikinci və üçüncü mərhələlərdə isə bu rəqəmlər təxminən 200 və 150 min manat qazanır

Aqrar şöbə icra nümayəndələrinin saxta taxıl əkilməsi ilə bağlı təqdim olunan torpaq sahələrinin 6 min hektardan çox olduğu bildirilir.

Icra başçısının bu torpaqlarda payının 5 min hektar olduğu qeyd olunur. Dövlət başçısının büdcədən Kənd Təsərrüfatının inkşafı üçün ayırdığı vəsaitdən Vaqif Abdullayev ilk mərhələdə 400 min manat , ikinci və üçüncü mərhələlərdə isə bu rəqəmlər təxminən 200 və 150 min manat qazanır. Bu isə ümumilikdə 700 min manatdan çoxdur.

Mənbə qeyd edir ki, rayon kənd icra nümayəndələri icra başçısından çox narazıdırlar. Çünki keçmiş icra başçısı İrşad Əliyev bu maxinasiyada icra nümayəndələrinə, bələdiyyə sədrlərinə yaxşıca hörmət edirdi. Amma Vaqif Abdullayev artıq ikinci ildir ki, subsidiya əməliyyatı həyay keçirir və bələdiyyə sədrlərinə icra nümayəndələrinə, həmçinin Aqrar şöbəninin müdiri Xaliq Məmmədov bu saxta əməliiyatlardan qalan cəmi 1500 hektar torpağın vəsaiti olur. Bu vəsaitin böyük bir hissəsini isə Xaliq Məmmədov aldığından demək olar ki, icra nümayəndələrinə və bələdiyyə sədrlərinə «dilənçi payı» qalır. Daha doğrusu Xaliq Məmmədov icra nümayəndələrinin və bələdiyyə sədrlərinin hər birinə 2000 manat verir. İcra nümayənləri və bələdiyyə sədrləri isə 2 min manatdan ötrü belə ağır cinayətə qol qoymaq istəmirlər.
Qeyd edək ki, Vaqif Abdullayevin Beyləqan rayon büdcə təşkilatlarından aldığı “haqq”la bağlı redaksiyamıza göndərilən informasiyanı araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq