BolgeXeber.Com » Bölgə » Kürdəmirdə idarə müdiri büdcə vəsaitlərini hara xərcləyir?-Fotofakt

Kürdəmirdə idarə müdiri büdcə vəsaitlərini hara xərcləyir?-Fotofakt

6-03-2014, 07:55
Oxunub: 4 176 Həmid Abbasov özünə məxsus olan obyektləri qardaşlarının adına sənədləşdirir


Bolgexeber.com-a daxil olan məlumata görə Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi 2 mərtəbəli kommersiya obyektinə, Ukraynada şəxsi evə və Bakıda mənzilə sahibdir.
Təbii ki, müəssisə rəhbəri bütün bunlara sahib olmaq üçün kimlərinsə köməyindən yararlanır. Ümumiyyətlə, Mollakənd Mexaniki Suvarma İdarəsinə rəhbərlik etdiyi müddətdə Həmid Abbasov Kürdəmir rayonunda "Embawood” salonunun yanında, 2 mərtəbəli və uzunluğu 150 metr olan kommersiya obyektinə, Bakının "Vorovski” adlanan ərazisində şəxsi villaya, habelə Ukraynada şəxsi evə və kommersiya obyektinə sahib olub. İdarə rəisi özünə məxsus olan obyektləri qardaşları Cabir və Tofiqin adına sənədləşdirir». Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisinin oğlunun Bakıda yerləşən və aylıq ödəniş haqqı 700 manat olan "Modern school” məktəbinin 10-cu sinifində təhsil aldığını qeyd edən mənbə iddia edir ki, Həmid Abbasov adıçəkilən təhsil müəssisəsinin yaxınlığında inşa olunan hündürmərtəbəli binada özünə şəxsi mənzil alıb. Bolgexeber.com bildirir ki, bir müddət öncə idarə rəisinin özünə "Toyota Prado” markalı avtomobil aldığını bildirən məlumatlı şəxsin qənaətincə, bütün bunlar Mollakənd Mexaniki Suvarma İdarəsinin hesabına əldə olunub... Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Bolgexeber.com