BolgeXeber.Com » Bölgə » Ağcabədililər «axund» Mikayıldan şikayətlənirlər

Ağcabədililər «axund» Mikayıldan şikayətlənirlər

7-03-2014, 07:55
Oxunub: 4 908 Onun əməlləri rayonda narazılıq yaradır

Bölgələrdən gələn cürbəcür xəbərlər, bu və ya digər sahələrdə çalışan ayrı-ayrı adamların əməlləri ilə bağlı məlumatlar onu deməyə əsas verir ki, hansı sektorlarda çalışmalarından, hansı sahəyə aid olmalarından asılı olmayaraq, bəziləri hələ də təəssüf doğuran hərəkətlər edirlər.

Masazırda saxta dindarın etdiyi əməllər, onun saunada bir qadınla görüntülərinin yayılması özünü din xadimi kimi çalışan bəzi şəxslərin xoşagəlməz əməllər törətdiklərini ortaya qoydu. Habelə Göyçayda axundun əvəzedicisinin məsciddəki nalayiq hərəkəti bu şəxsin tezliklə ictimai qınağa çəkilməsinə səbəb oldu. Rayonda yaranan narazılıqlar səbəbindən o, Göyçayı tərk edib, paytaxta köçmək məcburiyyəti ilə üzləşdi. Şəmkirdə «dindarlardan» birinin sakinlərə «müqəddəs» ocaq kimi sırımaq istədiyi yerdə törətdiyi əməllər az qala onun məhvinə səbəb olacaqdı. Sadaladığımız faktlardan da göründüyü kimi, mövhumatın olduğu bəzi bölgələrdə belə hallar kifayət qədərdir. Lakin arzuolunmaz hadisələr nə qədər olsa da, gec-tez onun üstü açılır. «Gündəlik Bakı»ya Ağcabədi rayonunun axundu adlandırılan Mikayıl adlı şəxsin əməlləri ilə bağlı bir sıra xəbərlər daxil olub. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Ağcabədinin axundu başqa şəxs olsa da, bəziləri bu şəxsi «axund» adlandırırlar. Bütün bunlar bir yana, «axund»un törətdiyi xoşagəlməz əməllərlə bağlı söylənilənlərin sayı bitib tükənmir. Mikayılla bağlı kiçik araşdırma apardıqda rayonda bu şəxsin adının ev, torpaq, maşın alqı-satqısında hallandığı üzə çıxdı. Hətta internetdəki bir sıra videogörüntülərdə də onun Adı hallandırılırdı. Bütün bunlar bir yana, bildirilir ki, Mikayıl İslama, dinimizin qaydalarına uyğun olmayan əməllərlə məşğuldur. Yerli əhali isə Mikayılın bu əməllərindən kəskin şəkildə narazıdır.

Bu işlərin çoxdan baş verdiyi bizə məlum idi, amma Mikayılın tərəf müqabilinin kimliyi heç kimə bəlli olmayıb. "Bu məsələnin kökü hansı məmurun evindədir” sualına isə növbəti sayımızda cavab tapacağıq.
gundelik-baku