Göyçayın Çayarxı kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər
10-03-2014, 08:00
Oxunub: 4 327
Bu ailələr indi suyu qonşu kəndlərdən daşımalı olurlar
Onlar içməli su aldıqları yeganə mənbə olan artezian quyusunun işləməsi üçün elektrik verilişinin yerli işıq idarəsi tərəfindən dayandırıldığını deyirlər.Kənd sakini İkram Şükürov: "İşıq idarəsinin işçiləri 2008-ci ilin dekabr ayında quyunun üstündəki sayğacı dəyişiblər. Bizə şifahi dediklərinə görə, həmin sayğacın üstündə 2771 manat borc olub. 2009-cu ilin yanvar ayında quyunun üstündə yeni sayğac quraşdırıblar. Yeni sayğacın üstündə heç vaxt borc saxlamamışıq. Yığıldıqca aybaay ödəmişik. Bir neçə gündür ki, işıq idarəsinin işçiləri gəlib o sayğacı da akt tərtib etmədən çıxarıb aparıblar. Deyirlər ki, köhnə borc təzə sayğacın üstünə vurulub”.
Beləliklə də kənd sakinləri bir neçə gündür ki, quyudan istifadə edə bilmirlər. Deyirlər ki, işıq idarəsinə yaxın düşən kimi onlardan köhnə borc tələb olunur: "İş orasındadır ki, bu tələb şifahidir. Bizə heç bir sənəd göstərilmir. Nə sayğac, nə də akt ortalığa çıxarılmır”.
Göyçay rayon işıq idarəsindən bildiriblər ki, Çayarxı kəndinin sakinlərinə köhnə sayğacın üstündəki borcla bağlı dəfələrlə bildiriş göndərilib. Sakinlər borcun yeni sayğaca aidiyyəti olmadığını bildirərək borcu ödəməkdən imtina ediblər. Borc kompüterin yaddaşına oturduğundan onu ödəmək mütləqdir. İdarə işçiləri sakinlərlə məsələni bir daha aydınlaşdıra bilərlər.
Kənd sakininin sözlərinə görə, kənddə azı 250 ailə yaşayır. Bu ailələr indi suyu qonşu kəndlərdən daşımalı olurlar.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər