BolgeXeber.Com » Bölgə » Ağcabədidə partlamamış iki ədəd hərbi sursat tapılıb

Ağcabədidə partlamamış iki ədəd hərbi sursat tapılıb

8-09-2011, 15:45
Oxunub: 5 504 ANAMA əməkdaşları Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində iki ədəd partlamamış hərbi sursat tapıblar.

BolgeXeber.com-un Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çirklənmiş ərazilərdən tapılan tank əleyhinə mina və top mərmisi partlayış meydançasına gətirilərək zərərsizləşdirilib.

Hazırda həmin ərazilərdə axtarışlar davam edir.