BolgeXeber.Com » Bölgə » Ağsunun icra başçısı rayonu «ailə şirkətinə» çevirib

Ağsunun icra başçısı rayonu «ailə şirkətinə» çevirib

13-03-2014, 08:20
Oxunub: 4 179 İddia: İcra başçısı Ənvər Seyidəliyev rayonun daxili büdcəsindən ayrılan cari təmir vəsaitlərini böyük bir hissəsini nəqdləşdirərək mənimsəyir

Ağsu rayonu sosial problemləri ilə həmişə mətbuatın diqqət mərkəzində olur. Belə ki, rayonda «ailə podratı» yaradan icra başçısı Ənvər Seyidəliyev bütün «gəlirli sahələri» öz yaxın qohumlarına verərək Ağsu rayonunu açıq şəkildə istismar edir.Ağsudan daxil olan şikayət məktubunda göstərilir ki, rayon sakinlərinin şikayətlərini belə dinləməyən başçı qohumları vasitəsi lə bütün rayonu özünün «ailə şirkətinə» çevirib.

Daxil olan məlumatda bildirilir ki, Ağsu əhalisi rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qohumlarının açıq zülmünə məruz qalırlar. Rayondakı vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, artıq bütün rayon icra başçısının qohumları arasında bölünüb və icra başçısının hər bir qohumu həmin zonalarda hökmranlıq edir. Belə ki, Ənvər Seyidəliyev rayonun bütün inzibati ərazilərini və iqtisadi sahələrini öz qohumları arasında bölüşdürüb. Hazırda Ağsuda hər kəs Ənvər Seyidəliyevin qohumlarının dediyi kimi durmalı, dediyi ilə oturmalıdır.

Məlumatda göstərilir ki, hətta vəziyyət elə həddə çatıb ki, icra başçısının qohumları rüşvəti «şor-pendir» qismində belə alırlar. Pulu olmayan toyuq-cücəsini verir. İcra başçısı Ənvər Seyidəliyev isə öz qohumlarına qarşı tədbir görmək əvəzinə, onlara hər cür dəstək verir və rayonda zülmü və sosial ədalətsizliyin müdafiəsinə çevrilir.Ağsu rayonundan PİA.AZ daxil olan başqa bir məlumatda isə göstərilir ki, icra başçısı Ənvər Seydəliyev rayon büdcə təşkilatlarının korrupsiya maxinasiyalarına göz yumaraq onlardan hər ay haqq alır. Belə ki, rayonun korrupsiya bataqlığına batmış büdcə təşkilatları əsasən Təhsil, Səhiyyə, Yol İstismar, Suvarma Sisitemləri və Mədəniyyət və Turizm idarələridir.35 orta məktəbdən və 1200 müəllimin çalışdığl Ağsu Təhsil şöbəsi sözün isə əsl mənasında maxinasiya yuvası olduğu bildirilir. Son bir ildə rayon təhsil şöbəsinə ayrılan 550 min manat vəsait inventarların, dəftərxana ləvazimatlarının və digər maşın avadanlqılarının alınması adı altında xərcləndiyi, rayonun daxili büdcəsindən ayrılan vəsaitlərin isə, kənd məktəblərinin kosmetik cari təmiri adı ilə mənimsənildiyi bildirilir.Bildirilir ki, rayon Səhiyyə İdarəsi korrupsiya fəaliyyətinə görə heç də təhsil şöbəsindən geri qalmır. Belə ki, 6 xəstəxanadan, 46 tibb məntəqəsindən ibarət olan rayon səhiyyə idarəsinə keçən il ayrılan 850 min manatın xərclənməsində ciddi maxinasiyaların olduğu göstərilir. Ayrılan 850 min manatın 440 mini dərman, sarğı ləvazimatlarına, 100 mini avadanlıqlara, yerdə qalan 300 mini isə ərzaq, dəftərxana və maşın ehtiyyat hissələri üçün xərclənib. Rayonun daxili büdcəsindən Səhiyyə İdarəsinə il boyu ayrılan 200 min manatdan çox vəsait isə icra başçısı Ənvər Seyidəliyevin “xeyir duası” ilə tib məntəqələrinin cari təmiri adı ilə mənimsənilib. Həmçinin Təcili tibb yardım şöbəsinin adına hər ay yüzlərlə saxta yardım marşurutları yazılır və dövlətin on minlərlə manatlıq yanacağı bu yolla mənimsənilir. Ənvər Seyidəliyevin maxinasiya ocaqlarından biri də rayon Suvarma Sistemləri İdarəsi olaraq göstərilir. 2013-cü ildə adı çəkilən quruma 300 min manatdan çox vəsait ayrıldığı göstərilir. Məlumata əsasən həmçinin rayonun suvarılan torpaqlarından yığılan su pulları da hesablasa Suvarma Sistemləri İdarəsinə 500 min manatdan çox vəsaitin daxil olduğu ortaya çıxar. Ancaq Suvarma Sistemləri İdarəsinin müdiri ayrılan vəsaitin bir hissəsini ehtiyyat hissələrinin alınmasına yerdə qalanını isə kanalların lildən təmizlənməsinə və torpaq işlərinin görülməsi adı ilə sənədləşdirək maliyyə vəsaitlərini mənimsədiyi və mənimsənilən vəsaitin böyük hissəsini icra başşçısı Ənvər Seyidəliyevə veridiyi iddia olunur. Qeyd olunur ki, rayon Suvarma Sistemləri kanalların lillərdən təmzilənməsi formal olaraq həyata keçirilir və hər il külli miqdarda dövlət vəsaiti bu adla silinərək mənimsənilir.

Daxil olan məlumata əsasən Ənvər Seyidəliyevin korrupsiya yuvasından biri də rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Kommunal İstehsalat Birliyidir. Bu qurumun tərkibində formal olaraq yaradılan “Yaşıllaşdırma və tikinti” MMC-yə ötən il daxili büdcədən ayrılan yüzminlərlə manat vəsaitlər «yuyulub». Məlumatlı mənbə bildirir ki, icra başçısının göstərişi ilə ildə bir neçə dəfə rayon maliyyə idarəsindən “Yaşılaşdırma və tikinti” MMC-yə yüz min manatlarala vəsait köçürülür və ayrılan vəsaitlər parklarda, xiyabanlarda ağac gül kollarının əkilməsi adı altında mənimsənilir. Hansı ki, həmin ərazilərin yaşıllaşdırılması həmin ərazilərdə fəaliyyət gösətərən iaşə müəssisələrindən alınan vəsait hesabına həyata keçirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…