BolgeXeber.Com » Bölgə » Sumqayıtda müavin postu varislik əsasında həyata keçirilir

Sumqayıtda müavin postu varislik əsasında həyata keçirilir

14-03-2014, 05:40
Oxunub: 7 541 Eldar Əzizovun yeni müavini kimdir?

Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində kadr dəyişikliyi olub. İcra başçısı Eldar Əzizov uzun illər icra başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri işləyən Tariyel Hacıyev vəzifəsindən azad edilib. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Sahib Quliyev isə Tariyel Hacıyevin yerinə təyin olunub.Tariyel Hacıyev şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevin müavini təyin edilib.Sumqayıta da xanım icra müavini təyin edilib.Sahib Quliyevin yerinə Lalə Zülfü qızı Hacıyeva təyin edilib, bundan sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi məhz bu xanım çalışacaq.Qeyd edək ki, Lalə Hacıyeva Eldar Əzizova elə də yabançı kadr deyil. Çünki yeni müavin keçmiş müavin Tariyel Hacıyevin dost-doğmaca qardaşı qızıdır.