Biləsuvar kimin ümidinə qalıb?
23-09-2011, 17:25
Oxunub: 8 143
İcra başçısı Mahir Quliyev yoxa çıxıb, rayon «dana oğrularının dayısı» adını qazanmış müavinə tapşırılıb
Son günlər Biləsuvardan kifayət qədər maraqlı məlumatlar gəlir. Hələ ötən həftə xəbər yayılmışdı ki, rayon İcra Hakimiyyəti başçısının müavini Akif Kazımovun yaxın qohumları, hətta bacısı uşaqları dana oğurluğuna görə həbs olunublar.
Sayımıza bununla bağlı məlumat verən Biləsuvar sakinləri qeyd etmişdilər ki, rayon polisi heyvanları oğurlanan vətəndaşların şikayəti əsasında araşdırma apararkən belə bir nəticəyə gəlib çıxıblar. Amma Akif Kazımovun işə qarışmasından sonra dana oğruları azadlığa buraxılıblar. Dünən isə Salayan polisi əməliyyat keçirərək həmin rayonda heyvan oğurluğu ilə məşğul olan icra başçısının qohumlarını həbs edib.
Ancaq Biləsuvarın dərdi bununla bitmir. Daxil olan məlumatlarda deyilir ki, rayona yeni təyin olunmuş icra başçısı Mahir Quliyevi camaat günün günorta çağı çıraqla axtarsa da, tapa bilmir. Onun harada olduğunu isə heç kim bilmir. Bəzi məlumatlara görə, icra başçısı məzuniyyətdədir, digərləri isə iddia edir ki, Quliyev Bakıdadır və Biləsuvara hələ gəlmək niyyəti yoxdur.
Biləsuvar isə dana oğrularının dayısı Akif Kazımovun ümidinə qalır. 85 yaşlı müavinin yeriyə bilmədiyini deyən rayon sakinləri onun səhhətinin də lazımi səviyyədə idarəçiliklə məşğul olmağa imkan vermədiyini bildirirlər. Bir dəfə infarkt keçirmiş Kazımovun rayonu necə idarə etdiyi isə göz qabağındadır.
Sakinlər deyirlər ki, Biləsuvarda durumu gərginləşdirən əsas amillərdən biri də icra başçısı ilə rayonun deputatının yerli coğrafiyanı yaxşı bilməməsidir. Həmçinin onların saymazyana hərəkətləri də əhalinin canını boğazına yığıb. Verilən məlumatlarda deyilir ki, kəndlərin ciddi su problemləri yaranıb. Buna görə də, kəndlilər əkin-biçinlə məşğul ola bilmirlər. Bununla bağlı rayon rəhbərliyinə edilən müraciətlərə isə əhəmiyyət verilmir. Sakinlər deyirlər ki, vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər