Badamdarda Qəddafiyə ehsan veriləcək
21-10-2011, 17:45
Oxunub: 6 895
Bakili sahibkar diktatorun ölümündən təsirlənib
Məlum olduğu kimi 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafi dünən qətlə yetirildi. Və bildirək ki, daha bir diktatorun məşəqqətli sonu bütün dünyanın diqqət mərkəzindədir.
Amma hər kəs bu olaylara eyni gözdən baxa bilmir. Bəzən elə olur ki, insanlıq duyğuları hətta köhnədə baş verən eybəcərlikləri, qarşındakı şəxsin kimliyini belə unutdurur.
Bu hal Səddam Hüseyn kimi qəddar bir türk düşməninin asıldığı zaman da insanlarımızda yaranmışdı indi də.
Bolgexeber.com “Dünya” İnformasiya Agentliyi redaksiyasına müraciət edən Bakı sakini Elşən Mirzəliyev də Qəddafinin öldürülməsindən təsirləndiyini söyləyir:
“Mən Bakıda yaşayıram. Özümün kiçik bir mebel sexim var. Bildirmək istəyirəm ki, Qəddafinin vəhşicəsinə qətlə yetirilməsi mənə pis təsir edib. Söhbət onun kimliyindən, onun öz xalqı ilə rəftarının necəliyindən getmir. O pis idisə belə, bir insan idi”.
E.Mirzəliyev onu da bildirdi ki, sabah saat 6-da Badamdar qəsəbəsində, magistral yolun üstündə Qəddafiyə 3 mərasimi verəcək: “Artıq bütün hazırlıqları görmüşəm. Və onun ruhuna ehsan mərasimi təşkil edəcəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər