Lerikdə ata iki körpə qızını boğub
24-10-2011, 11:55
Oxunub: 6 098
Lerikdə ata iki azyaşlı uşağını boğaraq qətlə yetirib.
Lerik rayon prokuroru Salman Səmədov bildirib ki, rayonun Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizin meyitləri oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb.
Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub.
Prokuror bildirib ki, Əmrah Süleymanov ifadəsində bildirib ki, oktyabrın 21-də sərxoş vəziyyətdə olub, evdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar.
Süleymanov ifadəsində bildirib ki, uşaqların səsi başına düşdüyü üçün yastıqla uşaqların ağızından basaraq boğub öldürüb.
Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər