BolgeXeber.Com » Bölgə » Quba icra hakimiyyətində müavinlər arasında əlbəyaxa dava olub

Quba icra hakimiyyətində müavinlər arasında əlbəyaxa dava olub

18-05-2014, 12:15
Oxunub: 3 295 Ruslan və Yusif Abiadov şillə-təpik savaşında söhbətlərinə aydınlıq gətiriblər.Quba rayon İcra Hakimiyyətində icra başçısının müavinləri əlbəyaxa oldular.

Bildirilir ki, rayonun İcra Hakimiyyəti binasında bir neçə gün öncə icra başçısının müavinləri ölüm-dirim savaşına qalxıb. İcra başçısının iki müavini bir-birinə nalayiq söyüşlər söyüb, şillə-təpiklə söhbətlərini çözməyə çalışıblar. İcra başçısının birinci müavin Yusif Abidov, digər müavin Ruslanla bazar üstündə yaranan qalmaqal icara başçısı Mübariz Ağayevin otağnın qarşısında olub. Mənbə bildirir ki, həmin vaxt icra başçısı Mübariz Agayev rayonda olmayıb. Başçının xarici ölkələrinin birində istirahətdə olması iki müavin arasında pulları kimin yığacağını və Ruslana məxsus bazarın sökülməsi böyük qalmaqala və hay-küyə səbəb olub .

Mənbə qeyd edir ki, həmin davadan sonra Ruslan adlı müavinin rayonda inşa etdirdiyi bazar yerlə yeksan edilib. Deyilənə görə, başçının müavini Yusif Abidov Prezident Aparatındakı "krişasına" olanlarla bağlı məlumat verdikdən bir gün sonra Ruslana aid bazar dağıdılıb.

Onuda qeyid edək ki, Ruslan, rayonda Mübariz Ağayevin pul yığanı və onun "qara" işlərini həyata keçirən şəxs kimi tanınır. Daxil olan məlumatlarda oda qeyid olunur ki, Ruslanla İcra başçısı Mübariz Ağayein arasında olan bu inam və etibar, Xaçmaz rayon Yol İstisimar idarəsinin rəisi İsgəndər müəllimlə bağlıdır. Çünki, Mübariz Ağayev, İsgəndərə 470 min manat borcludur. İsgəndər də Ruslanılnın atası olduğu üçün bu böyda riskin altına girib.
Mövzuya qayıdacağıq, bizi izləyin...