BolgeXeber.Com » Bölgə » Masallıda iki gənc boğularaq öldü

Masallıda iki gənc boğularaq öldü

18-05-2014, 12:35
Oxunub: 3 233 Masallıda bədbəxt hadisə baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə mayın 17-də saat 20.30 radələrində qeydə alınıb. Bakı şəhər sakinləri, 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzov göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BOLGEXEBER.COM