BolgeXeber.Com » Bölgə » Bu gün 6 rayonda qaz olmayacaq

Bu gün 6 rayonda qaz olmayacaq

20-05-2014, 11:20
Oxunub: 3 365 Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”dan verilən xəbərə görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12.00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14.00-dək Şirvan və Göygöl rayonlarının bir hissəsinə, saat 16.00-dan 18.00-dək Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Eyni zamanda saat 11.00-dan 13.00-dək Suraxanı rayonunun Hövsan qəsəbəsinə, eləcə də həyətyanı sahələrin qarşısından keçən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz təchizatı şəbəkəsində şkaf tipli qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18.00-dək Ağsu rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.