BolgeXeber.Com » Bölgə » Əziz Mikayılov Sabirabad rayon səhiyyəsini çapıb talayır- ŞİKAYƏT

Əziz Mikayılov Sabirabad rayon səhiyyəsini çapıb talayır- ŞİKAYƏT

20-05-2014, 12:45
Oxunub: 3 280 Sabirabad rayonunda biznes sahibi olan və el arasında "Aptek Əziz" kimi məşhurlaşan Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov ətrafında söz-söhbət daha da artır.

Belə ki, bolgexeber.com-a gələn şikayət ərizlərinə nəzər salsaq görərik ki, əksər xəstələr məhz Əziz Mikayilovdan dad vururlar. Adı çəkilən bu şəxs neçə-neçə xəstəninın ciblərini soyub,yola salır desək heç də yanılmarıq. Bu şəxsin qurbanı olan xəstələrdən biri də Saatlı rayon sakini Ruhiyyə Baladadaş qızı Əliyevadır. O,bildirdi ki,Əziz Mikayilov 2014-cu il aprelin 28-də onu qeysəriyyə əməliyyatı edib və əməliyyat üçün ondan 400 manat pul alıb. Ancaq əməliyyat düzgün edilmədiyinə görə, xəstənin yarasının yeri şişib,ayaqlarında müxtəlif ağrılar əmələ gəlib. Xəstə onu da bildirdi ki,dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də məsələyə əlac edən tapılmayıb.

Yazının əvvəlində “Aptek Əziz”qeyd etməyimiz heç də təsadüfi deyil. Çünki aldığımız məlumata görə qanunsuz fəaliyyət göstərən apteklərin əksəriyyəti məhz baş həkimə məxsusdur. Sakinlər bildirir ki,Səhiyyə Nazirliyi tərəfindən də bu şəxsə “xeyir dua” verilib. Məhz ona görə də bu insanın heç kimdən qorxusu yoxdur. Bildiyiniz kimi qanunsuz edilən aborta görə həkimlərə cəza tətbiq olunub. Ancaq deyəsən bu cəza baş həkim üçün keçərli deyil. Çünki xəstəxanada edilən abortların sayı -hesabı yoxdur. Göründüyü kimi Əziz Mikayilov rayonun səhiyyəsini özü üçün qazanc mənbəyi edib. Onu xəstələrin sağlamlığı, kimin ölüb, kimin qaldığı maraqlandırmır. “Əsas cibim dolu olsun” prinsipi ilə yaşayır.
Ümumiyyətlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında pulsuz tibbi xidmətdən demək olar ki, əsər-əlamət qalmayıb. Həmçinin aldığımız məlumata görə Əziz Mikayılov Sabirabad, Şirvan şəhər Regional Tibbi Sosial Ekspertiza Komissiyasının sədri ilə əlbir olaraq rayonun səhiyyə sistemini iflic vəziyyətə gətirib. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında vəziyyət getdikcə bərbad hala düşməkdədir.

Hər halda görünən odur ki, Əziz Mikayilov sakinlər üçün “əziz”olan can sağlığının keşiyində layiqincə dura bilmir. Səhiyyə Nazirliyi bu vəziyyətə göz yummaqda davam etsə, hələ çox günahsız insanların günahına batacaq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com