Quba İcra Hakimiyyətinin binası hansı pulla təmir olunub?
23-05-2014, 12:50
Oxunub: 5 198
Divarları uçan tikilinin xərcini yerli idarə və müəssisələrin rəhbərləri məcburi şəkildə çəkməli olublar.
Bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin yeni istifadəyə verilmiş binasının divarlarının uçması barədə məlumat verilmişdi. Verilən məlumatda vurğulanırdı ki, binanın divarlarına vurulmuş üzlük daşları qoparaq, yerə düşməyə başlayıb.
Həmin məlumatlarda qeyd olunurdu ki, binanın təmiri dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Hətta bu məqsədlə bir neçə milyon manatın sərf olunduğu vurğulanırdı. Lakin son dəqiqləşdirməmizə görə, Quba İcra Hakimiyyətinin binası heç də dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmir edilməyib.
İcra Hakimiyyətindəki mənbələrdən verilən məlumatda deyilir ki, binanın təmirinə çəkilən bütün xərclər yerli idarə və müəssisə rəhbərlərinin hesabına ayrılıb. Daha doğrusu, bütün idarə və müəssisə rəhbərlərinə, həmçinin yerli icra nümayəndələri və bələdiyyə sədrlərindən məcburi qaydada pul yığılıb.
Onu da bildirək ki, məlumatı həmçinin icra başçısının müavinlərindən biri də təsdiqləyib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər