BolgeXeber.Com » Bölgə » Namiq Bağırov Saatlıda “racon kəsir”

Namiq Bağırov Saatlıda “racon kəsir”

24-05-2014, 12:35
Oxunub: 5 180 Maliyyə İdarəsinin müdiri bütün idarə və müəssisələrə şərik olub. Əyalətlərdə yerli məmurların həyata keçirdikləri əməllər əhali üçün nə qədər çətinlik yaratsa da, bir o qədər də dözümsüzlük üçün əsaslar verməkdədir. Bununla bağlı insanların etdiyi şikayətlərə isə nə məhəl qoyan var, nə də əhəmiyyət verən. Elə Saatlıda olduğu kimi. Daxil olan məlumata görə, Saatlı rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırov vəzifəyə təyin olunandan yeni qaydalar tətbiq etməyə başlayıb. Rayon sakinlərinin verdiyi informasiyaya görə, Namiq Bağırov ilk olaraq bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlara konkret iki tapşırıq verib. Məlumatda deyilir ki, birinci tapşırıq ondan ibarətdir ki, Saatlıda heç bir dövlət müəssisəsi və ya qurumu onun icazəsi olmadan işə adam götürə bilməz. Hətta bununla bağlı rayon rəhbərliyinin şəxsi göstərişi olsa belə. Lakin idarə rəhbəri bu qərarını niyə verdiyinin səbəbini açıqlamayıb. Sadəcə bircə kəlmə deyib ki, bu onun istəyidir. İkinci tapşırığı isə Saatlı rayonunda bundan sonra verilən əmək haqqıların hamısına şərikdir. Mənbənin bildirdiyinə görə, artıq qaydalar da belədir ki, hər bir idarə və müəssisə rəhbəri əmək haqlarının 50 faizini ona verməlidir. İlk belə təcrübəni isə rayonun Sanitar-Gigeyena və Epidemologiya İdarəsində həyata keçirib. Belə ki, Namiq Bağırov idarə işçilərinin əmək haqlarının yarısını kəsərək, özünə götürüb. Bununla bağlı bizə verilən başqa bir məlumatda deyilir ki, Namiq Bağırov rəhbərlik etdiyi idarənin binasına da kimsəni buraxmaq niyyətində deyil. Qeyd olunur ki, idarənin binası önündə polis postu qurduran maliyyə idarəsinin müdiri onlara qəti tapşırıq verib ki, heç bir vətəndaşı içəri buraxmasın. Hətta rayondakı görüşlərdən birində onu da iddia edib ki, sözügedən polisləri orada saxlamaq üçün ayda 5000 manat pul xərcləyir.Məlumatlarda o da qeyd olunur ki, Namiq Bağırovun idarədə ən etibarlı adamı və pul yığanı Nəsir Ağayev adlı müavinidir. Onların həyata keçirdiyi maxinasiyalar barədə məlumatlar və sənədlər redaksiyamıza gec daxil olduğundan daha geniş məqaləni növbəti sayımızda oxuya bilərsiniz. Onların Heydər Əliyevin anım gününə ayrılası vəsati niyə saxlamalarından və digər qanunsuz əməllərindən bəhs edəcək məqalə maliyyə naziri Samir Şərifov üçün də maraqlı olacağını düşünürük.