Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi həbs oluna bilər
26-05-2014, 09:00
Oxunub: 3 783
"Əgər tez bir zamanda şikayətimə baxılmasa,Səhiyyə Nazirliyinin binası önündə özümü yandıracam”
Ötən gün Səhiyyə Nazirliyi videosu yayılmış Sabirabad rayon Perinatal Mərkəzin direktoru Vüsal Məmmədovu tutduğu vəzifəsindən azad etdiyinə dair müvafiq qərar qəbul etdi.
Bildirək ki,adı çəkilən bu şəxs xəstədən külli miqdarda rüşvət tələb etməkdə günahlandırılır.Rayon sakinləri bildirir ki,“bu hələ harasıdır,Sabirabad rayon Mərkəzi Xətəxanasında bu kimi hadisələrin sayı,hesabı yoxdur.Hər işin başında rüşvət dayanır və onlara bu şəraiti yaradan da məhz baş həkim Əziz Mikayılovdur”.
Xatırladaq ki,bir müddət bundan öncə redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Ruhiyyə Baladadaş qızı Əliyeva Əziz Mikayılovun ondan 400 manat pul alaraq, qeysəriyyə əməliyyatı etdiyini ancaq əməliyyatı düzgün etmədiyinə görə yaranın yerinin şişməsi və ayaqlarında müxtəlif ağrıların yarandığını bildirmişdir.Bu gün isə ,Ruhiyyə Əliyeva bir daha şikayət edərək bildirdi ki, “ayağımdakı ağrılar nəticəsində ayaqlarım tutulub,yeriməkdə çətinlik çəkirəm,əgər tez bir zamanda şikayətimə baxılmasa,Səhiyyə Nazirliyinin binası önündə özümü yandıracam”.Bildirək ki,məsələ ilə bağlı Əziz Mikayılovla əlaqə saxladıq.Ancaq o,xəstəni dəli adlandıraraq,özünə bəraət qazanmağa çalışdı.
Etibarlı mənbələrdən Bolgexeber.com-a daxil olan məlumata görə sakinlərin bu cür etirazları onu göstərir ki,Əziz Mikayılov da vəzifədəki son günlərini yaşayır.Hətda belə deyilir ki,o təkcə işdən çıxarılmaqla kifayətlənmiyəcək,üstəlik həbs cəzası da ala bilər.
Onu da qeyd edək ki,şikayətçi Ruhiyyə Əliyeva Əziz Mikayılovdan öz haqqını tələb edib.Ancaq baş həkim onu Prokrorluq və Nazirliklə hədələyib və bütün bu danışıqlar səs yazma halında əməkdaşlarımıza çatdırılıb.
Növbəti yazılarımızda həmin səs yazmanı sizə təqdim edəciyik.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər