Masallıda sahibkar ailəsi ilə birgə acliğa başlayir
27-10-2011, 11:35
Oxunub: 6 433
Yaşar Mahmudov qanuni obyektinin sökülməsinə bu yolla etiraz edir
Masallı şəhəri, R.Axundov küçəsi, ev 3-ün sakini Yaşar Abı oğlu Mahmudov redaksiyamıza məktubla müraciət edib. Yazır ki, sahibkar kimi fəaliyyət göstərir, lakin onun kimi yüzlərlə sahibkarın hüquqları pozulub, ailələrinin yeganə dolanışıq yeri olan ticarət obyektləri sökülüb.
“Mənim 1200 kvadratmetr sahəyə malik ticarət obyektim sökülüb, ayrı-ayrı şəxslərə satılıb. İcra başçısı öz şəxsi maraqları üçün sahibkarların yerini sökərək geniş miqyaslı biznes qurur, etiraz edənləri həbs etdirir (bu barədə faktlar var)” - deyə Y.Mahmudov yazır.
Məktub müəllifi bildirir ki, 4 ildir ölkə rəhbərliyinə, dövlət qurumlarına müraciətləri cavabsız qalıb: “Təqib, təzyiq, şantajlara, həbslərə məruz qalırıq. Bütün bunlara etiraz əlaməti olaraq oktyabrın 29-u saat 11:00-dan ailəvi aclıq aksiyasına başlayacağıq”.
Dünən Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH-dən bildirildi ki, belə məzmunlu məktub bir neçə gündür ki, bu quruma da daxil olub: “5-6 gün olar belə bir məktub icra hakimiyyətinə də daxil olub, araşdırma aparılır”.
Başqa bir mənbədən aldığımız məlumata görə, Prezidentin Ehtiyat Fondundan rayonların abadlaşdırılması üçün ayrılan vəsait mənimsənilir və yol kənarında, mərkəzi küçələrdə olan ticarət obyektləri sahibkarların öz vəsaitləri hesabına təmir edilir, yaxud yenidən qurulur. Mövzuya qayıdacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər