BolgeXeber.Com » Bölgə » Kürdəmirdə Polis günü qeyd olunmuşdur

Kürdəmirdə Polis günü qeyd olunmuşdur

2-07-2014, 16:10
Oxunub: 4 195 Polis dövlətin mühüm dayaqlarından biridir. Cinayətkarlıqla mübarizədə, xalqa xidmətdə, dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində, əmin-amanlığın və sabitliyin yaradılmasında polisin üzərinə çox mühüm vəzifələr düşür.
1918-20-ci illərdə Şərqdə ilk Demokratik Respublika kimi fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Polisi tarixin sərt sınaqlarından uğurla, zəfərlə çıxaraq şanlı bir yol keçmişdir.Bu yolun hünər və fədakarlıqla səciyyələnən bir dövrü Qarabağ döyüşləri ilə bağlı olmuşdur.Nə qədər ki ,ölkəmizdə nizami ordu yox idi, ordu quruculuğu hələ də təkminləşməmişdi ,bu missiyanı Azərbaycan Polisi yerinə yetiridi. Bunun nəticəsi idi ki,Qarabağ uğrunda döyüşlərdə min nəfərdən çox Azərbaycan Polisi şəhid olmuşdur. Bunların arasında Kürdəmirdən olan polislər də vardır.
Respublikamız müstəqillik əldə etdikdən, xüsusilə də Ulu Öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra polisə diqqət və qayğı əsaslı surətdə artmış, polisin maddi-texniki bazası köklü şəkildə möhkəmlənmiş, polisin peşəkarlığı qat-qat yüksəldilmişdir. Hazırda bu missiyanı Ulu Öndərin siyasi davamçısı Respublika Prezidenti İlham Əliyev cənabları uğurla həyat keçirir.
Bütün bunlar barədə iyulun 2-də - Polis Günü münasibətilə Kürdəmirdə keçirilən tədbirdə ətraflı danışılmışdır.
Tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkına gedərək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad etmişlər.Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunmuş guşələrə,foto-stendlərə maraqla tamaşa etmişlər.
Bu əlamətdar gün münasibətilə Kürdəmir rayon Polis Şöbəsində keçirilən tədbiri giriş sözü ilə rayon Polis Şöbəsinin rəisi, polkovnik Oqtay Məmmədov açmışdır.
Tədbirdə rayon prokuroru Əlixan Əliyev, rayon Xalq Məhkəməsinin sədri Sulduz Ləzimov,Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Famil Əliyev və başqaları çıxış edərək polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş və onlara cətin və şərəfli işlərində uğurlar arzulamışlar.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək Dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında böyük fədakarlıq göstərən, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsində , ölkə Prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş onlara daha böyük uğurlar arzulamışdır.
Xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon İcra Hakimiyyəti Başçısı adından qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.
Həmin gün Kürdəmir rayon Polis Şöbəsinin Yol Polisi Xidməti Bölməsinin inzibati binasının əsalı təmirdən sonra açılışı olmuşdur.Açılış mərasimində rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov iştirak etmişdir