BolgeXeber.Com » Bölgə » Zərdabda 2 ildir Həsən bəy Zərdabinin ev muzeyi təmir edilir, amma …

Zərdabda 2 ildir Həsən bəy Zərdabinin ev muzeyi təmir edilir, amma …

23-07-2014, 09:35
Oxunub: 4 521 Ev muzeyinin həyətində təmir həyata keçirilib yekunlaşmayıb

Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ilin iyul ayının 19-da imzaladığı sərəncamı ilə milli mətbuatın banisi Həsən bəy Zərdabinin ev muzeyində təmir işləri aparılır. Sərəncama əsasən cəmi 44 kvadrat metr olan ev muzeyinin təmirinə 300 min manat vəsait də ayrılıb.Evin fasadı və daxilində təmir işləri həqiqətən də həyata keçirilib. Lakin Zərdab sakinləri deyirlər ki, təmir işlərinin aparılmasına baxmayaraq hər il rayonun Mədəniyyət və Turizm İdarəsi təkrar olaraq orada abadlıq işləri aparır. Daxil olan informasiyaya əsasən təmir işləri binanın fasadında hər il yenilənir. 2012 və 2013-cü illərdə bir neçə dəfə təmir işləri həyata keçirilib. Məlumata əsasən hələ də, ev muzeyinin həyətində təmir həyata keçirilib yekunlaşmayıb.gundeminfo.az