Beyləqanda silah anbarında partlayış
12-11-2011, 10:45
Oxunub: 6 360
Rayondan ziddiyyətli məlumatlar gəlir, rəsmilər yalnız 1 nəfərin yaralandığını deyir, kənd sakinləri isə xeyli yaralı və ölənin olduğunu iddia edir
Dünən gecə saatlarında Beyləqan rayonunda yerləşən hərbi hissələrdən birinin silah anbarında yağnın meydana gəlib. İlkin məlumatlara görə, yanğın geniş ərazini əhatə edib. Bolgexeber.com-un məlumatına görə, hadisə yerinə təcili olaraq yanğınsöndürənlər cəlb edilib və yaxınlıqda yerləşən kəndlərin əhalisi evekuasiya edilib.
Məlumatlarda vurğulanır ki, hərbi hissənin texniki parkında minaatan batareyaya məxsus avtomobilin yanması nəticəsində başlayan proses oradakı silah-sursatın partlamasına gətirib çıxarıb. Partlayış nəticəsində yaranmış qəlpələr bir neçə kilometr ətrafa səpələnib. Beyləqan rayon Polisindən verilən məlumatda isə bildirilir ki, əraziyə çoxlu sayda yanğınsöndürənlər və təcili tibbi yardım maşınları yönləndirilib. Partlayış nəticəsində isə bir nəfər kənd sakini olan qadın yaralanıb. Hərbçilər arasında ölən və yaralananın olub olmadığı məlum deyil. Yanğın gecə 22:00-də söndürülüb.
Amma bu rəsmi açıqlamaya rəğmən Beyləqandakı hərbi hissənin yaxınlığında yerləşən kənd sakinlərindən fərqli xəbərlər gəlir. Bolgexeber.com-a açıqlama verən kənd sakinlərindən biri bildirib ki, baş verən yanğın nəticəsində hərbi hissədə dəhşətli partlayışlar baş verib. Hadisə nəticəsində xeyli yaralanan və ölənlər var. Yaralıları rayon xəstəxanasına və hərbi qospitallara aparıblar. Ölümlə bağlı heç kimə məlumat verilmir.
Adının çəkilməsini istəməyən mənbə deyib ki, əraziyə mülki şəxslər buraxılmır. Partlayış səsi isə kənddən 20 km aralıda yerləşən rayon mərkəzində belə eşidilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər