Bölgələrdə elektrik böhranı
13-11-2011, 13:35
Oxunub: 5 974
Havaların qəfil və kəskin şəkildə soyuması hakimiyyətin indiyə qədər gördüyü işlərin böyük əksəriyyətinin üzərindən xətt çəkdi.
Məlum oldu ki, nəinki rayonlar, heç paytaxtın özü belə qışa hazır deyil. Bunun ən bariz nümunəsi isə Bakıya qar yağan kimi, 4 böyük rayonda elektrik enerjisinin kəsilməsi oldu.
Əyalətlərə gəldikdə isə durum paytaxtdan da daha pisdir. Bir sıra rayonlardan daxil olan məlumatlarda vurğulanır ki, əksər rayonlarda elektrik enerjisinin verilməsində ciddi böhran yaşanır. Belə ki, Lerikdə güclü qarın yağması nəticəsində 70 kəndlə əlaqə kəsilib və onlara elektrik enerjisinin verilməsi dayandırılıb. Onlarla elektrik dirəyi isə aşıb. Vəziyyətdən çıxmaq üçün yerli instansiyalar cəhd etsələr də, vaxtında tədbirlərin görülməməsi üzündən nəticə əldə etmək mümkün olmur.
Yardımlıda da analoji vəziyyət hökm sürür. Bir çox dağ kəndlərində güclü qar üzündən elektrik dirəkləri aşıb. Nəticədə, həmin yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problem yaranıb. Bundan başqa, rayon mərkəzində də durum yaxşı deyil. Məlum olub ki, Yardımlı qəsəbəsinə elektrik enerjisi fasilələrlə verilir.
Beyləqandan gələn məlumata görə, ordakı durum heç də Lerik və Yardımlıdan fərqlənmir. Rayon sakinləri neçə gündür işıq üzünə həsrətdirlər. Sakinlərin verdiyi məlumatda deyilir ki, ayın 5-dən başlayaraq, bütün kəndlərə elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb. Belə ki, rayon əhli səhər və günorta 1 saat, axşam isə cəmi 2 saat işıq üzü görə bilirlər.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər