Qısqanc ər cavan arvadını fermada amansızlıqla öldürdü
19-11-2011, 23:05
Oxunub: 3 842
Şamaxıda dəhşətli qətl hadisəsi baş verib
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Elyazov Şöhrət Ağadadaş oğlu həyat yoldaşı, 1987-ci ildə anadan olmuş Niyazova Gültəkin Babagül qızını qətlə yetirib. Məlumata görə, Ş.Elyazov həyat yoldaşını Göylər kəndinə gedən yolun kənarında, Çarxan kəndi ərazisindəki köhnə quşçuluq təsərrüfatının hazırda istifadə olunmayan binasına apararaq orada ona çoxsaylı bıçaq zərbələri endirib. 24 yaşlı qadın hadisə yerində ölüb.
Hadisəni törədən Ş.Elyazov könüllü olaraq polisə təslim olub və bıçağı təhvil verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, hadisə qısqanclıq zəminində baş verib. Qətlin təfərrüatları barədə geniş məlumat verilmir.
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər