BolgeXeber.Com » Bölgə » Tərtərdə yeni içməli su artezianının açılışı olmuşdur-FOTOLAR

Tərtərdə yeni içməli su artezianının açılışı olmuşdur-FOTOLAR

24-09-2014, 15:10
Oxunub: 3 500 Təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində yeni içməli su artezianının açılışı olmuşdur

Bolgexeber.com bildirir ki,sentyabrın 24-də təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində yeni içməli su artezianının açılışı olmuşdur.Açılış mərasimində iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək ilk öncə qonaqları salamlamış və bildirmişdir ki, Dövlət başçısının diqqəti və qayğısının nəticəsində regionlarda o cümlədən Tərtər rayonunda da əhalinin ehtiyaclarının, tələbatlarının aradan qaldırılması üçün çox böyük işlər görülür ki, onlardan biridə bu gün burada açılışını etdiyimiz yeni içməli su artezianıdır. Bu artezian Dəmirçilər kəndində əhalinin içməli suya olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. Biz inanırıq ki, yaxın gələcəkdə Dövlət rəhbərinin səyi nəticəsində rayonun digər kəndlərində də belə içməli su artezianlarının vurulması ilə yanaşı onları sayını da artıracağıq. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə cəbhə bölgəsində yaşayan insanlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.

Tədbirdə iştirak edən kənd sakinləri kənddə aparılan abadlıq quruculuq işlərindən, 13 km uzunluğu olan, 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun çəkilməsindən, 3 km-ə yaxın uzunluğu olan müasir gecə işıqlandırma sistemlərinin quraşdırılmasından, müasir EATS-in tikintisinin və rabitə xətlərinin çəkilişinin yaxın günlərdə başa çatacağından, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatlarının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsindən danışaraq göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Açılışda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Kommersiya Şöbəsinin rəisi Bəxtiyar Quluyevdə iştirak etmişdir.
Bolgexeber.com