BolgeXeber.Com » Bölgə » Hansı rayonun icra başçısı "Şüşəbəndlər kralı" adını alıb?

Hansı rayonun icra başçısı "Şüşəbəndlər kralı" adını alıb?

17-10-2014, 17:05
Oxunub: 4 404 Paytaxtımızın ən mərkəzi və ən varlı rayonu olan Nəsimi rayonu ərazisində araşdırmamamızı davam etdiririk.

Araşdırmalarımız zamanı Bakı şəhərinin icra başçıları arasında "Şüşəbənd kralı" kimi məşhur olan Nəsiminin icra başçısı Nəsib Məhməliyev və onun rayonda yaratdığı korrupsiya şəbəkəsi haqqında şok məlumatlar əldə etdik.
Rayon sakinləri arasında apardığımız monitorinq zamanı məlum oldu ki, Nəsimi rayon icra hakimiyyətinin bütün küçə və məhəllərdə böyük "casusluq şəbəkəsi" mövcuddur. Sakinlərin dediyinə görə, hətta mənzillərin daxilindəki qapıları dəyişərkən belə "Şüşəbənd Nəsibin" 10-15 nəfərlik dəstəsi qapının ağzında peyda olub sınıq şüşəni belə dəyişməyə imkan vermirlər.

"Nəsimi rayonu tikilən yeni yaşayış binalarının sayına görə paytaxtımızda birinci yerdədir. Bu rayonda tikilən bütün binalar 18-20 mərtəbədən yüksək olduğuna görə, mənzil alan hər bir vətəndaş uşaqlarının təhlükısuzliyini düşünərək layihədə açıq balkonla tikilmiş mənzilinin balkonuna şüşəbənd əlavə etmək istəyir. Çünki dəfələrlə yuxarı mərtəbələrdə yaşayan ailələrin azyaşlı uşaqları balkonun kənarına dırmaşaraq oradan yıxılb və neçə-neçə ailələrdə faciələr yaşanıb. Ona görə də istənilən vətəndaş 3-cü mərtəbədən yuxarı, (əgər nəzərə alcaq ki, Nəsimi rayonu ərazisində tikilən bütün göydələnlərin ən az aşağıdan 3 mərtəbəsi ofiz yeri və ya ticarət obyekti üçün nəzərdə tutulub, onda demək olar ki, hər bir kəs mənzil alarkən balkonunu şüşəbəndləməlidir. Elə ki, işə başlayırsan Şüşəbənd Nəsibin" adamları quzğun kimi başının üstünü alırlar", deyə söhbət etdiyimiz rayon sakinləri bildirirlər.

Araşdırmalarımız zamanı məlum oldu ki, rayonun küçələrindən asılı olaraq "şüşəbənd qiymətləri" də dəyişir. Mərkəzə yaxın binalardan "Bütün dövlət tədbirləri buralarda keçirilir, rəhbərlik həftə səkkiz, mən doqquz buralarda olur, bizi zibilə salmayın, binaların xarici görkəminə "barmaq etmək" olmaz!"" deyən "Şüşəbənd kralının" adamları heç kəsə balkonunu şüşələməyə imkan vermirlər. Sakinlərin dediyinə görə bunlar sadəcə bəhanədir, mərkəzə, yəni Heydər Əliyev sarayı, 28 may metrostansiyası, Dəmir yol vağzalı tərəflərdəki banalarda şüşəbənd tikintisinin "haqqı" 1000 manatdan başlayır. Mikrorayon tərəflərdə isə bu qiymət 500 manata qədər düşür.

"1000 - 1500 manatı alan kimi Şüşəbənd Nəsibin quzğun dəstəsi balkonun tikintisi başa çatana qədər yoxa çıxır. İstənilən bir mənzildən bir çəkic səsi gələn kimi "şüşəbəndin" agenturası məlumatı çatdırır və tökülüşürlər həmin mənzilə", deyə yumor hissini hələ də itirməmiş rayon sakinləri vurğulayırlar.

Qeyd edək ki, şüşəbənd tikintisindən əlavə, köhnəlmiş və dəyişdirilməyə ehtiyacı olan balkonların təmirinə belə icazə pulla verilir.

Mövzunu davam etdirəcəyik pia.az