BolgeXeber.Com » Bölgə » İcra başçısı tekstil dükanını “gigiyenaya görə” bağlatdırır? - Foto

İcra başçısı tekstil dükanını “gigiyenaya görə” bağlatdırır? - Foto

18-10-2014, 15:00
Oxunub: 4 005 Eldar Əzizov Sumqayıtda fəaliyyət göstərən “Cehiz aləmi” mağazasını bağlatdırıb.

Axar.az xəbər verir ki, bu barədə Pərviz Şahhüseynli adlı Feysbuk istifadəçisi öz profilində məlumat verib. O, mağazanın epidemiologiya ilə heç bir əlaqəsi olmadığı halda qapadıldığını bildirib:

“Sumqayıtda Gigiyena və Epidemiologiya İdarəsi Sumqayıt Şəhər Ticarət Departamentinin və İcra başçısı Eldar Əzizovun şəxsən göstərişi ilə şəhərdə fəaliyyət göstərən “Cehiz aləmi” mağazasının qapısına möhür vurub. Halbuki bu mağazanın epidemiologiya ilə heç bir əlaqəsi yoxdur. Mağaza tekstil mallarının satışı ilə məşğuldur”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev isə Axar.az-a bu xəbərin yalan olduğunu dedi:

“Hər yazılana inanmaq lazım deyil. Yalan yerə Sumqayıt şəhər icra başçısının adına qara ləkə yaxmasınlar”.