BolgeXeber.Com » Bölgə » Binəqədi sakinləri soyuqdan donur – ŞİKAYƏT

Binəqədi sakinləri soyuqdan donur – ŞİKAYƏT

20-10-2014, 12:50
Oxunub: 3 045 Qış qapımızı döyüb, hələ də istilik sistemi quraşdırılmayıb

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi, 3 saylı binanın sakinları şikayət məktubu ünvanlayıblar.Sakinlərin narazılığı “Azəristiliktəhcizat” ASC-dəndir.Onlar bildirir ki, soyuqlar düşsə də, hələ də istilik təhcizatı ilə təmin olunmayıblar: “Biz buradan “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova müraciət edirik. Ondan xahiş və tələb edirik ki, bizi istiliklə təmin etsinlər. Binamızın bir blokunda istilik sistemi quraşdırılsa da, digər iki blok bu problemdən əziyyət çəkir. İndiyə qədər döymədiyimiz qapı, müraciət etdmədiyimiz instansiya qalmayıb. Şikayətimizə məhəl qoyan yoxdur. Belə çıxır, bütün qışı elektrik qızdırıcılardan istifadə etməliyik?! Bu da ayda bir neçə yaz manat elektrik haqqı ödəmək deməkdir. Biz bu pulu hardan almalıyıq? Nəyə görə, hüquqlarımız açıq şəkildə pozulmalı, eyni binanın bəzi sakinlərinə istilik verildiyi halda, digərləri bu imkandan məhrum olmalıdır? Bu ayrıseçkilik kimə və nəyə lazımdır?”.
Editor.az