Qubadlının icra başçısı əməlli-başlı biznesmen imiş...- FOTO
22-10-2014, 14:30
Oxunub: 2 816
Obyektlərinə baş çəkərkən jurnalistlərə yaxalandı
Dövlət məmurunun bizneslə məşğulluğu qanunla qadağan edilsə də bəzi hallarda bunun əksi müşahidə olunur. Hazırda elə dövlət qulluqçuları var ki, onlar əsasən biznes fəaliyyətilə məşğul olur və sahibləndikləri vəzifədən də şəxsi bizneslərini qorumaq, möhkəmləndirmək məqsədilə istifadə edirlər.
Elə bu yazı da məhz belə məmurlardan biri – Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov haqqındadır.
Daxil olan məlumatlarda bildirilir ki, Malik İsaqovun Sumqayıt və bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir. Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur. Xalq.az-ın əməkdaşı icra başçısının obyektlərinə bu yaxınlarda baş tutan səfəri ilə bağlı eksklüziv fotolar əldə edib və həmin fotoları oxucularımızın diqqətinə çatdırırıq.
Xatırladaq ki, bu fotolar paytaxtın Bayıl qəsəbəsində çəkilib. Belə ki, Qubadlı RİH başçısının adıçəkilən qəsəbədə tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. Fotolar da məhz onun həmin obyektlərinə növbəti səfəri zamanı çəkilib.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər